“Real” - “Yuventus” finalı olacaq
Çempionlar Liqasının 2016/2017 mövsümünün ikinci finalçısı müəyyənləşib.
Adalet.az xəbər verir ki, "Visente Kalderon” stadionunda Madrid klubları "Atletiko” ilə "Real” üz-üzə gəlib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Atletiko”nun heyətində Saul Niguez və Antuan Qrizmann, müvafiq olaraq 12 və 16-cı dəqiqələrdə fərqləniblər.
"Kral” klubunun təsəlli qolunu isə 42-ci dəqiqədə İsko vurub.
Məğlubiyyətə baxmayaraq, ilk oyundakı 3:0 qələbə sayəsində "Real” klubu adını finala yazdırıb.
Həlledici görüşdə Zinəddin Zidanın yetirmələrinin rəqibi İtaliyanın "Yuventus” klubu olacaq.

Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00