"Real" Kurtua ilə bağlı QƏRAR VERDİ
İspaniyanın "Real" klubu yaxın günlərdə qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadacaq.
Adalet.az "Relevo"ya istinadən xəbər verir ki, belçikalı qolkiperin yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olacaq.
Adətən 30 yaşdan yuxarı futbolçularla bir mövsümlük müqavilə bağlayan Madrid təmsilçisinin rəhbərliyi bu qaydanı Kurtua üçün istisna edəcək.
Qeyd edək ki, 32 yaşlı qapıçı 2018-ci ilin avqustundan "Real"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb, 14 matçda isə qapını toxunulmaz saxlayıb. T.Kurtuanın Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Digər Xəbərlər
27 Sentyabr 2026 19:15
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
27 Sentyabr 2026 16:48
Azərbaycan - Litva qarşılaşması üçün start heyətlər açıqlandı
27 Sentyabr 2026 14:16
Roberto Karlos milyonlarla sərvətini itirdi
27 Sentyabr 2026 12:26


Bakı -°C

