“Real” 5 ildən sonra çempion oldu
Dünən İspaniya La Liqasında mövsümə yekun vurulub.
Adalet.az xəbər verir ki, görə, son turda çempion məlum olub.
Madridin "Real” klubu 5 illik fasilədən sonra "Malaqa”nı 2:0 hesabı ilə məğlub edərək tarixində 33-cü dəfə çempion adını qazanıb.
Qeyd edək ki, "Kral klubu” sonuncu dəfə 5 il əvvəl – 2011/12 mövsümündə La Liqada qızıl medal qazanmışdı.