Rayonlardan gələn 500-ə yaxın avtomobil geri qaytarıldı - RƏSMİ
Bu gün gecə saat 00:00-dan etibarən rayondan Bakıya gəlmək istəyən 500-ə yaxın avtomobil postlardan geri qaytarılıb. Bu barədə mətbuata açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev bildirib. Onun sözlərinə görə, əsasən sıxlıq Cənub istiqamətindən girişdə yaranıb: "Dünən gecədən etibarən Qaradağ postunda 400-dən çox avtomobil geri qaytarılıb . Bundan başqa, Şimal istiqamətində 40 avtomobil saxlanılaraq onların Bakı, Sumqayıt və Abşeron istiqamətlərinə girişi dayandırılıb, 100 avtomobil isə başqa rayonlara getdiyi üçün istiqamətləndirilib. Şamaxı istiqamətindən də təxminən 50 avtomobil postda saxlanılıb və geri qaytarılıb. Hazırda qərarın icrası davam etdirilir".
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27