adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2014 12:33
5776
GÜNDƏM

Rauf Mirqədirovun atası: "Cənab pezident, məni oğlumuza qovuşdurun" - Müraciət

Bir neçə gün əvvəl dövlətə xəyanətdə ittiham olunaraqhəbs edilən jurnalist Rauf Mirqədirovun atası Azərbaycan prezidenti İlhamƏliyevə müraciət edib.

Adalet.az-ın məlumatına görə,jurnalistin atası Həbubulla Mirqədirov ölkə başçısına ünvanladığı məktubdayeganə övladının həbsindən sarsıntı keçirdiyini və oğlunun həbsdən azadedilməsini xahiş edib: "Möhtərəm Prezident, oğlum dövlətini, vətənini,millətini sevən insandır. O xəyanət etməz, edə bilməz. Bu mümkünsüzdür.Onun nə ilə nəfəs aldığını belə bilirəm.

Möhtərəm Prezident, demirəm ki, Raufun səhvləriyoxdur, çox olub ki yazılarında səhv hesab etdiklərimizi mən də, anası daona demişik. Elə yazısı olub ki, heç bəyənməmişik, üstünə təpinmişik. Möhtərəmprezident uca Allah müxtəlifliyi sevər, sözə deyil, niyyətə baxar. Raufunniyyətinin saflığına heç zaman şübhəm olmayıb. Məqalələrində səhvi olubsa,kiminsə könlünə toxunubsa mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyəborcluyam.

Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəmbizim bu yaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizəoğlumuza qovuşdurun. Ümidimiz sizədir!”