Rasim Balayev: “Televiziyada ancaq heyvanlar aləminə baxıram, çünki...”
Xəbər verdiyimiz kimi illərdir televiziyalarımızdakı ailə-məişət mövzusundan bəhs edən verilişlərin cəmiyyətimizə mənfi təsirindən danışırıq, yazırıq, amma tədbir görən yoxdur. Dəfələrlə bizimlə söhbəti zamanı televizorda ancaq heyvanlar aləminə və bir də futbola baxdığını deyən Xalq artisti Rasim Balayevlə bu gün yenə əlaqə saxladıq.
Rasim Balayev Adalet.az-a açıqlamasında hələ də adlarını qeyd etdiyimiz verilişlərə baxdığını və kanalı dəyişmək fikrində olmadığını bildirdi:
“Həmişəki kimi heyvanlar aləminə baxıram, kanalı dəyişməmişəm. Çünki o heyvanlar daha təbiidir, daha demokratikdir. Bir də futbola baxıram. Məhkəməlik olan məsələləri efirlərdə göstərirlər. Dövlət kanallarından başqa özəl kanalların hər birini bir aparıcıya veriblər və onlar da reytinq xatirinə nə desən edirlər. Efiri küçə adamlarıyla doldurublar. İllərdir bu problemləri deyirik, amma iradımız da elə özümüzə qalır”-deyə aktyor bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10


Bakı -°C

