“Rasim Balayev dərman almağa pul tapmır...” - Zeynəb Xanlarova kömək istədi
Azərbaycanın xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin bu gün keçirilən iclasında tanınmış aktyor Rasim Balayevlə bağlı məsələ qaldırıb.
Adalet.az xəbər verir ki, Z.Xanlarova aktyora maddi köməklik edilməsini xahiş edib.
"Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışnmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O, dərman almağa pul tapmır. Üzümü Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə tuturam, ona niyə kömək edilmir?
Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Dərmanların hamısnı almağa pulu çatmır".
Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.(azvision.az)
Digər Xəbərlər
29 Aprel 2024 18:24
Ermənistanla sərhəddə 35 dirək quraşdırılıb - RƏSMİ
29 Aprel 2024 18:00Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb
29 Aprel 2024 17:45Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub
29 Aprel 2024 17:26Penitensiar Xidmətdə əməliyyat müşavirəsi keçirildi
29 Aprel 2024 16:43