Ramos karyerasını Argentinada davam etdirə bilər
"Real" klubunun və İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramos karyerasını Argentina təmsilçisi "Boka Xuniors"da davam etdirə bilər.
Adalet.az xəbər verir ki, bu bardə "Relevo" məlumat yayıb.
38 yaşlı ispaniyalı Argentina klubuna qoşulmaq üçün danışıqlar aparır. Ramos "Sevilya" ilə müqavilə müddəti iyulda başa çatandan sonra azad agentdir.
O, daha əvvəl PSJ və Madrid "Real"ında da çıxış edib. Təcrübəli futbolçu İspaniya millisində keçirdiyi 180 oyunda 23 qol vurub.
Digər Xəbərlər
14 Sentyabr 2026 17:40
"Neftçi"də yeni müqavilə
14 Sentyabr 2026 17:30
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
14 Sentyabr 2026 16:54
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
14 Sentyabr 2026 09:25


Bakı -°C

