adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Aprel 2017 15:05
27782
ƏDƏBİYYAT

RAMİZİN KİTABINA İSTİ BİR SÖZ

Bəzən yeni işıq üzü görmüş kitab barəsində söz yazanda, fikir bildirəndədaxilən bir həyəcan yaşayıram. Necə deyərlər, özümü o kitabın ruhuna, o kitabıöz ruhuma kökləmək, hopdurmaq üçün doğrudan-doğruya ölüb dirilirəm. Bu da səbəbsizdeyil. Çünki elə kitab, elə şeir, elə nəsrəsəri var ki, onu oxuyanda sanki özümü oxuyuram, sanki özüm yazmış olduğum nəyisətəkrar vərəqləyirəm. Bu anda da həmin oxuduğuna bildirəcəyin münasibət elə mənimözümə bildirəcəyim münasibət kimi ortaya çıxır. Özü də adamın özünün özühaqqında yazmasının çətinliyi nə boydadı bunu yəqin ki, təxmin edirsiniz…

Bəli, mən qələm dostlarımın sözünü, imzasını həmişə izləyirəm. Və onların hər təzə sözü mənisevindirir… Hər təzə kitabı evimin dəyərli hədiyyəsi olur. İndi barəsində yazmaq istədiyim kitabı mənə müəllifhədiyyə etməyib, bir dost bağışlayıb. Və mən də bu kitab barəsində artıqinformasiyalar almışdım. Ona görə də kitabı böyük həvəslə qəbul etdim. Və həmino vaxtdan təqribən 20 gün ötüb… Və bu 20gündə mən ən azı 20 dəfə bu kitabı gözdən keçirmişəm. Hər dəfə gözdən keçirəndədə oxuduğum şeirlərin təsiri altında duyğulanıb, xəyallanıb çıxıb getmişəmBakıdan. Elə bu kitabda deyildiyi kimi, məni mələklər aparıb üzü Qarabağa,gedib görmüşəm ki, vətənim burda, şairin dediyi kimi:

Düşməndən dərs yükü alıb,

Dərsinə daldığım Vətən.

Qarabağda iki alıb,

Sinifdə qaldığım Vətən…

Hə, indi özünüz fikirləşin, Qarabağda iki alan vətənin övladı mələkləringətirdiyi bu Qarabağda hansı hissləri keçirə bilər? Hansı duyğuların əsiri olabilər?.. Mən heç nə deyə bilmirəm. Əslində demək istədiyimi ifadə etməyibacarmıram. Ona görə də sadəcə susuram. Susduğum məqamda da saz dili yadımadüşür. İstəyirəm ki, elə saz dilində danışıb saz dilində oxuyum. Çünki:

Doyub alın yazım, alın tərimdən,

Qarası ağıyla qoşa tökülür.

Asmışam vətəni kirpiklərimdən,

Gözümdən Xocalı, Şuşa tökülür.

Bax, buna görə saz dilinə könül verirəm… bax, buna görə sazın, sözünhikmətinə əsir düşürəm. Çünki öncə məni susduran məqam sonra saz dilindədanışdırır və bunun ardınca da içimdən gəlib keçir:

Əyri əldən düşüb, düz öləndeyil…

Ölən mən özüməm, söz ölən deyil.

İlahi, bu millət düzələn deyil?

Ölüb bu torpağın altından keçdim…

Yenə qayıdıram Qarabağda iki alan vətənə. Ona görə ki, həmin ikini həmdə bu millət alıb. Düzələ bilməyən, düzəlmək istəməyən, düzəlməyinə özü pəlvuran millət. Ona görə də əlimdən heç nə gəlməsə də dilimdən qopub sözə çevrilənlərikağıza köçürürəm. Bəlkə kimsə oxudu.

Ürəyə ocaq dedim,

Aç oda qucaq – dedim.

Dünəndən qaçaq dedim,

Zaman tutdu əlimdən.

Bu bəndi ona görə diqqətinizə təqdim etdim ki, bəlkə şair demiş,zaman əlimizdən tutdu və biz də o ikininqisasını aldıq… və biz də bəlkə düzəldik.


İçimdən keçir bu dediklərim, bu yazdıqlarım. İçimdən keçəni də şairinsözlərinin içindən götürürəm. Düşünürəm ki, köçürdüyüm və özümdən keçirdiyimsözlər, duyğular ola bilsin ki, kimlərinsə ürəyinin qapısını döydü… kimlərinsəyatmış yaddaşını kilidlədi. Və oyanıb öz-özünə pıçıldadı:

Söz üyütdüm bu dərd dənnən,

Un urvaynan, kəpək çənnən.

Hər göynəyən keçmir mənnən,

Duz basıb göynədəkkeçir.

Gördünüzmü, mən haqsız demirdim… mən yersiz demirdim… mən gerçəyideyirdim. Ancaq bizim ayrı-ayrılıqda ağrıyan. Göynəyən yerimiz bizi düşündürür,bizi tərpədir. Əgər günlərin birində Qarabağda iki alan Vətən hamımızın göynəyən,ağrıyan yeri ola bilsə, onda biz o ikinin qisasını alacağıq. Yox, bu baş verməsə,onda yenə bu misralara üz tutacağıq.

Gül küləyi bağışlasa,

Göy mələyi bağışlasa.

Daş lələyi bağışlasa,

Məni bağışlama ürək.

Şairin bu arzusu düşünürəm ki, yerdə qalmayacaq. Ona görə ki, bizimhamımızın günahı da var, günahın bağışlanması istəyi də. Təəssüf ki, bəzən bu istək içdən gəlmir. Ona görə də adicə birpıçıltıya, bir budaqdan qopub düşən yarpağa çevrilir. Onun da nəticəsi təbii ki, səssizlik,ümidsizlik olur. Mən bu sətirləri yazarkən gözümün qabağında şəhərin küçələriniölçən adamlar gəlib dayandı. O adamlar ki, heç nəyin fərqində deyillər. Fərqindəolmadıqlarından da görkəmlərindən tökülən laqeydlik adamı yorur. Elə sən də, eləmən də həmin adamlara baxıb düşünürük, görəsən:

Nə toya diksinir, nə yasa damlar

Tüstüsü başından ulayıb keçir

Göyərir yolunda kol-kos adamlar,

Adamlar kefimi dalayıb keçir…


Yəqin ki, bu adamlara nə desən, nəyi andırmaq, qandırmaq istəsən fərqetməyəcək. Ona görə də yenə üz tutmalı olursan ürəyinə və ürəyindəki sevgiyə.Deyirsən ki,


Əlimə alınca əlim qurudu,

Qurudub göndərmə bənövşələri.

Nəfəsim qurudu, dilim qurudu,

Qurudub göndərmə bənövşələri.


Çatmadım bu il də yaza bilirəm,

Darıxa bilirəm, susa bilirəm.

Özüm quruyanda dözə bilirəm,

Qurudub göndərmə bənövşələri.


Əl saxla, dər saxla, təzə-tər saxla,

Çıxart ürəyimi, üstə sər, saxla.

Mənə də ölməyə bir az yer saxla,

Qurudub göndərmə bənövşələri.


Bütün bu şeir nümunələri və əslində mənə dünənimi, bugünümü yaşadanpıçıltılar şair dostum Ramiz Qusarçaylının «Gedəsən dünyanın axırınacan…»kitabından götürülüb. Və yazımın əvvəlində də bu kitabın yenicə dünyaya gəldiyinisizə xatırlatmışdım. Yazımın sonunda isə demək istəyirəm ki, RamizQusarçaylının poeziyasını sevən bir oxucu kimi bu kitaba görə çox sevinirəm. Vəelə həmin o sevinc notları içərisində hər şey gözümə təzə tər, doğma göründü. Ogörüntünü də Ramizin misralarıyla şəklə çevirirəm. Yəni görüntülü şəklini çəkirəm.

Kimə daş ömrüdü, kimə gül ömrü,

Bilmirəm çiçəkdi, xəzəldi dünya.

Kənardan baxanda içi görünmür,

Kənardan baxanda gözəldi dünya.

Ramiz, qardaşım, sənin dünyana içəridən də, çöldən də, lap elə minağac kənardan da baxsaq, yenə onun gözəlliyi öz çalarlarıyla, öz naxışlarıyla,öz ilmələriylə ruhumuzu oxşayacaq. Sadəcə, baxanın içində səni duya biləcək, səninodundan alışa biləcək bir ürək olmalıdı. Əks halda, sənin dediyin kimi, o elə kənardanbaxa-baxa çıxıb gedəcək. Mən də baxa-baxa çıxıb getməmək üçün bir də səninmisralarına üz tuturam. Demək istəyirəm ki, mən sənin poeziya çələngindəndoymadan gedirəm və

Dağ canım

çay qanım bilirəm,

yolları adımdan silirəm

Allahım, yanına gəlirəm

Gedirəm, bu yerdən gedirəm.

Hə, sən isə heç yerə getmə, elə öz dünyanda ol. Biz, səni oxuyanlar,səni duyanlar ora gələcəyik.

Əbülfət MƏDƏTOĞLU