adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Avqust 2018 15:36
37884
TEXNOLOGİYA

RAMİN QULUZADƏ, AZƏRBAYCANDA ŞAUMYANKƏND RAYONU VARMI?

Stepan Şaumyanı çoxsevdiyimizdən adına üç dənə rayon vardı: Stepanakert, Bakıda Şaumyan rayonuvə bir də Şaumyankənd rayonu. Şaumyankənd əvvəllər Gülüstan adlanırdı. Hansı ki 12 oktyabr 1813-cü ildə İranla Rusiya orda bir sülh müqaviləsi imzalamışdı,Arazın bu tayı Rusiyaya verilmişdi, o biri tayı İrana qalmışdı. Ölməz şairimiz Bəxtiyar Vahabzadə də bir «Gülüstan»poeması yazmışdı və bu poemaya görə də azqalmışdılar onu çarmıxaçəkələr. Özü də poema «kakoy-nibud» bir rayon qəzetində (Şəkidə) çap olunmuşdu.Sonra allı-güllü Sovet hökuməti gəldi, həmin Gülüstanınadını dəyişib qoydular Şaumyankəndrayonu və orda azərbaycanlıların sayı ermənilərdən çox olmasına baxmayaraq, oldu ermənirayonu. 1992-93-cü ildə bu rayon işğalçı Ermənistan silahlı qüvələrindənazad edildi və rayon kimi ləğv olunaraq Goranboy rayonunaqatıldı. Və Ağcakənd adlandırıldı.

Onda nə qoqlu-moqlu vardı (Google), nə vikipediya vardı, nə .ikipediya vardı və beləcə həmin ərazi Ağcakənd adlandırıldı.

Buyurun gedin Ağcakəndə,telefonunuzu açın, yazırlar ki, siz Şaumyankənddəsiniz.

Hörmətli, Rabitə,İnformasiya, nə bilim bir az da NəqliyyatNazirliyi, bundan xəbəriniz varmı? Və yaxudölkənin belə işləriylə ilgilənən dövlət qurumları, niyə o qoqludu-moqludu, nə bilim nəzibildi, niyə onlara bir etiraz etmirsiniz ki, Azərbaycanda Şaumyankənd adında rayonyoxdu.

Rey Kərimoğlu nəsəyazanda axırda qeyd edir ki, bunu elə-belədedim.

Amma mən bunu elə-belədemədim. Vəzifənizi yerinə yetirin.

P.S. Amma bilmirəmhörmətli nazirimiz Qubanın icra başçısı ZiyəddinƏliyev kimi qəzet oxuyur, yoxsa yox?!

Cavabınızı gözləyirik.Əks halda, 15 gündən sonra cavab alınana qədər yazacağıq ki, respublika Rabitə,İnformasiya, bir az da Nəqliyyat nazirininmaaşını Ramin Quluzadə alır. Düz cavab alınana qədər.