Ramil Usubovdan növbəti kadr dəyişikliyi
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Adalet.az xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Şəki Şəhər Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev vəzifəsindən azad edilib. O, Bakının Nəsimi Rayon Polis İdarəsinə rəis təyin olunub.
Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev isə Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilib.
Polkovnik Əbülfət Əhəd oğlu Rzayev Bakı Dövlət Universitetinin "Konstitusiya hüququ kafedrası”nın müəllimidir. Tədqiqat sahəsi isə Azərbaycan Respublikasında inzibati icraatın xüsusiyyətləri və İnzibati prosesdir.
Qeyd edək ki, hazırda Yevlax, Şəki, Mingəçevir və Şəmkir Rayon Polis Şöbələrinin rəis vəzifələri boşdur.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57