Ramil Usubov bu jurnalistlərə vəzifə verdi - ADLAR
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri cinayətlər barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərinin daha da yaxınlaşdırılması məqsədilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizin 6 bölgəsində - Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb.
Bununla əlaqədar, Daxili İşlər Nazirliyi kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib. Seçimin sonunda iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər "polis leytenantı” xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub.
Polis leytenantlarıEşqin QasımovGəncə,Toğrul NəsirliŞirvan,Nizam HəmidovQuba,Məhəmməd RzayevLənkəran,Mahir MəsimovŞəki,Aslan Qiyaslıisə Bərdə şəhər, rayonları daxil olmaqla adları çəkilən bölgələrdə artıq xidmətə başlayıblar.
Digər Xəbərlər
29 Aprel 2024 11:20
Arutyunyan hansı sirləri açıb?
29 Aprel 2024 11:04Dövlət Komissiyası: “Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq”
29 Aprel 2024 10:40Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO
29 Aprel 2024 10:29İtkin düşən 6 hərbçiyə şəhid statusu verilib
29 Aprel 2024 09:34