Ramil Quliyev Avropada ayın atleti seçilə bilər
Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin adı Avropa Atletika Assosiasiyasının internet vasitəsilə səsverməyə çıxardığı "Avropada avqust ayının atleti” sorğusunda namizədlər siyahısına daxil edilib.
"Anadolu" agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Atletika Federasiyası məlumat yayıb.
Qeyd edilib ki, Ramil Quliyev avqustun 7-12-də Berlində keçirilən Avropa birinciliyinin kişilər arasında 200 metr məsafəyə qaçış yarışında 19,76 saniyəlik nəticə ilə çempionatın rekordunu yeniləyərək qızıl medala sahib olub. Bu uğuru sayəsində Ramil Quliyevin adı "ayın atleti” nominasiyası üzrə səsverməyə çıxarılan namizədlərin siyahısına salınıb.
Səsvermə "Twitter” və "Facebook” sosial şəbəkələri vasitəsilə aparılır. Avqust ayının ən yaxşı atleti kişilər və qadınlar kateqoriyalarının hər biri üzrə 5 idmançı arasından seçiləcək. Namizədlər siyahısında kişi idmançılardan Armand Duplantis (İsveç), Ramil Quliyev (Türkiyə), Jarnel Hyus (Böyük Britaniya), Yakob İnqebriqtsen (Norveç), Koen Naerts (Belçika), qadınlardan isə Dina Aşer-Smit (Böyük Britaniya), Kristin Hussonq (Almanya), Laura Muir (Böyük Britaniya), Katerini Stefanidi (Yunanıstan) və Anita Vlodarçik (Polşa) yer alıblar.
Digər Xəbərlər
06 May 2024 12:20
Ançelottinin sözləri Ardanı özündən çıxardı - "Real" rəhbərliyi belə istədi
06 May 2024 09:31Azərbaycan çempionatı: "Səbail" "Qəbələ"yə qarşı
05 May 2024 09:57“Barselona” 32 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etdi
05 May 2024 09:33Luka Modriç “Real Madrid”in tarixinə düşdü
05 May 2024 00:19