adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 May 2019 17:45
13588
ƏDƏBİYYAT

Ramazan İslam dininin namus pərdəsidir

İslam dünyasıartıq fövqəlbəşər olayın - Ramazanın məxfirət ongünlüyünə qədəm qoyub."Əvvəli rəhmət, ortası məxfirət, sonu cəhənnəmdən qurtuluş" (həz.Məhəmməd)olan Ramazan, Hicri-Qəməri təqviminin 9-cu ayının adıdır. Bəzi məxəzlərə görə,bu ayın ilk adı "Nətiq" (danışan, xəbər gətirən) olub. Sonradan o,isti mövsümə təsadüf etdiyi üçün dəyişdirilərək "Ramazan" adınıdaşıyıb. Əksər mənbələr isə hesab edir ki, Ramazanın əzəldən mənası"yanmaq" deməkdir. Çünki bu ayda oruc tutan və tövbə edənləringünahları yanar, yox olar: "Ramazan ayı gələrkən Cənnət qapıları açılar, Cəhənnəmqapıları bağlanar və şeytanlar zəncirlənərlər" (həz.Məhəmməd).

Ramazan Quranınnazil olması və müsəlman orucunun fərz bilinməsi baxımından çox bərəkətliaylardan biridir. Onun ilahi rəhmət əsəri olduğunu önə çəkən Rəbbimiz buyurub:"Quran Ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər bu ayı oructutmalıdırlar". Bu ayın bərəkəti barədə həz.Ömər deyib: "Ramazan çoxxeyirli və mübarək bir aydır. Bu ayda gündüz tutulan oruca, gecə qılınan namazavə verilən sədəqəyə Allah çoxlu savab verər". Mötəbər İslam mənbələrinəgörə, Ramazanfa edilən ibadətlər başqaaylardakı ibadətlərdən 70 dəfə əfzəldir.

Biruni(970-1050) Ramazanda müqəddəs hesab edilən Quranın nazili və orucluqdan başqaxatirə tutulacaq aşağıdakı günləri də dəyərlihesab edib: 6 Ramazan - Kərbəla şəhidi imam Hüseynin doğum günü; 10 Ramazan -Peyğəmbər(ə)-nin həyat yoldaşı həz.Xədicənin ölüm günü; 17 Ramazan - Bədrdöyüşü günü; 19 Ramazan - Məkkənin fəthi günü; 21 Ramazan - həz. Əli və imamRzanın ölüm günü; 22 Ramazan - həz.Əlinin anadan olan günü.

Orucun mənası

Oruc farscadakı"ruzə" sözündən türkcəyə "oruzə" şəklində keçən termindir.Ərəbcədəki sinonimi "savm, siyamdır". Hərfi mənası "hərəkətsizolmaq" deməkdir. Oruc, imsak (nəfsi saxlamaq, orucun başlancığı)vaxtından, yəni Günəş çıxmazdan qabaq göydə görünən qırmızılıqdan öncəki müddətdənGünəşin batmasından bir az sonra keçən zamana qədər heç bir şey yeməmək, içməməkvə cinsi əlaqədə olmamaq deməkdir. Oruc tutmağa imsak da deyilir. Onun ziddiiftardır. Yəni, orucu açmaqdır.

Orucun mənşəyi

Məlumdur ki, Rəbbinəmr və qadağaları Onun mütləq obyektiv ədalətinin tərkib hissəsidir. Mahiyyətcəonlar həm sosial, həm də kosmik planda tənzimləyici xarakter daşıyırlar. Bəşərhəyatını nizamlayan belə ibadət formalarından ən birincisi orucdur. Peyğəmbər (ə)buyurub: "Bütün ibadətlərin qarşılığı veriləcək, lakin oruca bərabər ibadətyoxdur".

Elə həmin səbəbdənbütün peyğəmbər və övliyaların şəxsi həyat və təbliğlərində bu ehkam xüsusi yertutur. Belə ki, böyük çarlığın hökmdarı olan Davud (ə) 365 günün yarısını, Musa(ə), İlyas (ə), İsa (ə) və digər peyğəmbərlərildə 40 gün oruc tutublar. Rəbbin İsa (ə)-nin anası Məryəmə xitabən: "Beləde: Mən Rəhman yolunda oruc (sükut orucu) tutmağı nəzir etmişəm. Ona görə də,bu gün heç kimlə danışmayacağam" (Məryəm, 26) Quran ayəsi təsdiq edir ki,xristian orucunun növlərindən biri də sükut orucudur. Şübhəsiz ki, Məhəmməd (ə)Məkkə dövründə yəhudi və xristianların oruclarından xəbərdar idi və yəqin ki,o, ilk müsəlmanlar arasında onların orucunu təbliğ də edirdi. Mənbələr göstərirki, Peyğəmbər (ə) Mədinəyə hicrət etdikdən sonra orada yəhudilər kimi Aşuragünündə oruc tutmağı əmr edib. Bəs səbəb nə idi ki, Quran Aşura orucunun yerinəRamazan orucunu əmr etdi? Bu barədə irəli sürülən müxtəlif fərziyələrdən əntutarlısı aşağıdakı arqumentlərdir:

1. İslamiyyətəgörə, yəhudi və xristianlar oruclarını Allahın əmr etdiyi kimi tutmadıqlarıüçün, müsəlman orucu Peyğəmbər (ə) vasitəsilə doğru şəklində yenidən icra edilən ibadətdir.

2. Məlumdur ki,hicrətdən 17 ay sonra Peyğəmbər (ə)-yə tabe olanlarla ondan üz döndərənləriayırd etmək üçün qiblənin Qüdsdən Məkkəyə çevrilməsi əmri Quranla təsbitolunub. Güman etmək olar ki, bu hadisədən bir ay sonra Aşura orucunun Ramazanorucu ilə əvəzlənməsi də həmin səbəbdən, yəni İslam ibadətlərini qeyri-islamehkamlarından fərqləndirmək üçün edilib.

Orucun hökmü

"Oructutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi.Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar" (Bəqəra, 183-185)əmri, Mədinədə, hicrətdən (622-ci il) 1,5 il sonra, Şaban ayının 10-cu günühökm edilib. Bu il (miladi 2019-cu il, hicri-qəməri 1440-cı il, hicri-şəmsi1388-ciil), Ramazan ayının və orucluğun birinci günü mayın 6-na təsadüf edib. Digəribadətlərdən fərqli olaraq, oruc sırf Allah üçündür. Rəbb buyurub: "Orucsırf Mənim rizam üçün edilən ibadətdir.Onun mükafatını da Mən verəcəm".

Oruc vəfa abidəsidir

Peyğəmbər (ə)buyurub: "Oruclunun iki sevinci var: biri iftar açan vaxtı, digəri isə Rəbbinəqovuşduğu, yəni oruclu olduğu müddətdəki sevincidir". Hədisin hikmətindən aydın olur ki, oruc tutanşəxs Allahın sifətlərinin təcəllisini özündədaşıyır. Zira Allah yemək-içməkdən münəzzəhdir. Oruclunun ağzının qoxusuaclıqdan qaynaqlanar. Bu qoxu isə qiyamət günü Rəbbin hüzurunda Mişki-Ənbərdəndaha gözəl, təmiz və sevimlidir. Oruc vəfa duyğusunun təzahür etdiyi saf ibadət,Allahla qul arasında bir əhddir. Bu durumu qazanan bəndə, ictimai və fərdiplanda vəfa abidəsinə çevrilir. Oruc, əmanətə sadiqlikdə ən mükəmməl tərbiyəçidir.O, səhərdən axşama qədər bu əmanətimühafizə edir. İnsan oruc vasitəsilə nəfsin ona təklif etdiyi şeytani işlərinqarşısına sədd çəkir. Bu zaman o, yeməyə, içməyə, qadına, ümumiyyətlə dünyayaqarşı qapalı olur. İslam aləmində il boyu edilən günahların təhlili göstərirki, Ramazan ilin 11 ayına nisbətən daha əminamanlıdır.

Orucun dünya vəaxirət, fərd və ictimai faydaları:

1. Səbr və şükürtərəfi

İmanın ikiqanadı var: səbr və şükür. Ümumən səbr,Allah rizasını qazanmaq üçün bəndənin bəla və müsibətlərə tab gətirməsi deməkdir.Həmin səbəbdən, səbr həm zirvəni fəth edənlərin, həm də zirvələşmə yolundaolanların güc qaynağıdır. Bəndənin aclığa, suszluğa tab gətirib, haram şeylərəyaxınlaşmaması səbrlə mümkün olduğu üçün, səbr orucun tacıdır.

Şükür, verdiyinemətlərə görə bəndənin Allaha minnətdarlığıdır. Adi vaxtlarda insanlar acqalmadığı üçün, onlar nemətin həqiqi qədrini lazımınca bilmirlər. Bəndə birloxmanın əsl qiymətini və ona olan ehtiyacını iftar vaxtı bilir. Bu zaman ənümdə məsələ bəndənin nemət sahibinin Rəbb olduğunu bilməsi və şükrünü xalqayox, Xaliqə etməsidir. Zira deyilib: "Yeyib doyandan sonra Rəbbə şükür edəninsanın qazandığı savab, səbr ilə oruc tutandan əfzəldir" (həz.Məhəmməd).

2. İctimai həyatbaxımından

Oruc tutan varlıinsanın vicdanı 11 ay ərzində çoxluq təşkil edən yoxsulun nələr çəkdiyini onabildirir. Rəbb oruc vasitəsilə varlını kasıba yardım etməyə dəvət edir ki, heçolmasa, bu ay ərzində iki təbəqə arasında fərq nifrətə çevrilməsin. Oruc sosialpartlayışa zəmin yaradılmaması üçün ilahi hikmətdən doğan bir zərurətdir. Deməlio, bilavasitə potensial ədavəti tənzimedən ibadətdir. Fəqət, fasiq (əxlaqsız)insanın il ərzində cəmiyyətdən oğurladığının cüzi hissəsini onaqaytarmaq cəhdi də, hidayətə yetişmək üçün çox müşkül məsələdir. "De ki:istər könül xoşluğu, istər zorla xərcləyin. Onsuz da sizdən qəbul olunmayacaq.Çünki siz fasiqsiniz" (Tövbə, 53).

3. Nəfsin tərbiyəsiüçün

Nəfs Allah əmrinətabe olmaq istəməz. O, ilahi nemətlərdən heyvani şəkildə istifadə etməyiarzular. Nəfsi ram etməyin ən effektli metodu isə, onu sevdiyi şeylərdən məhrumetməkdir. Məsələn: "Aclıq vəsusuzluqla. İmperator Avqust demişkən: "Əgər soruşsalar ki, nə üçünözünü incidib oruc tutursan, de: "ipə-sapa yatmayan atı, yalnız aclıq vəsusuzluqla ram etmək olar".

4. Duanın qəbulubaxımından

Peyğəmbər (ə)buyurub: "Üç adamın duası rədd olunmaz: iftar edənə qədər oruclunun, ədalətlidövlət başçısının, məzlumun".

5. Quran naziliilə əlaqəsi

Orucun Ramazanda fərz bilinməsi və ilk vəhylərinhəmin ayda nazil edilməsi eyni vaxtda olduğu üçün, bu ibadət Quran ruhu və hikmətiləson dərəcədə həmahəngdir.

6. Axirətbaxımından

Peyğəmbər (ə)buyurub: "Oruc, qiyamət günü oruclu üçün şəfaətçidir". Bu ayda Quranoxumaq və oxunanlara əməl etmək, yetim və atılmış qocalar evlərinə, xəstəxanalara,orduya, kasıblara kömək etmək bəndənin bəzi günahlarının silinməsinə və onunsavab qazanmasına vəsilədir.

7. Tibbibaxımdan

Oruc il ərzindəmüxtəlif yemək və içkiləri qəbul edən yorulmuş əzaların "istirahəti"dir."Hər şeyin bir zəkatı var. Bədənin zəkatı da orucdur". Peyğəmbər (ə)kəlamına görə, sərvətdən zəkat vermək onun paklaşmasına səbəb olursa, orucla dabədəndəki zəhər və ərplər yox olur. Bu baxımdan, iftar vaxtı yeməyə yaşamaqüçün müalicə vasitəsi kimi baxılmalıdır. Yeri gəlmişkən, oruc tutan həkimAllaha çox yaxın olduğu üçün onun müalicəsi orucsuz həkimin müalicəsindən dahaeffektli olur. Cinə tutulan ruhi xəstələri müalicə edən İsa (ə) buyurub:"Onlar (cinlər), dua və orucdan başqa heç bir şeylə çıxmazlar"(İncil, Mark 9:29)

8. Mənəvi saflıqbaxımından

Ümumiyyətlə, həmadi günlərdə, həm də xüsusən Ramazaniftarında mədə elə yüklənməlidir ki, qəbul edilən qida Allahı dərk etməyə maneolmasın. Həz. Əli demişkən: "Bir para oruclunun əldə etdiyi ancaq aclıq vəsusuzluqdur. Gecələrini ibadətdə elə keçirənlər var ki, onların əldə etdiyi şeyyuxusuzluq və yorğunluqdur. Təfəkkür sahibinin isə yuxusu və yeməyi də gözəldir".

Deməli, oructutan şəxs maddi pəhrizinə əməl etməklə yanaşı, həm də mənəvi saflığını gözləməlidir.Zira kamil insanın orucu bədən pəhrizi ilə ruh tərbiyəsinin vəhdətindən ibarətdir.Bunun üçün oruc təkcə mədə ilə yox,bütün orqan və duyğularla, göz, qulaq, qəlb, əl və s. dəyərlərlə tutulmalıdır.Bu isə o deməkdir ki, rüşvət, zina, əyyaşlıq, təxribat, böhtan, yalan, qeybət,həsəd, qətl və s. əxlaqsız hərəkətlərə adi günlərdən fərqli olaraq, həmin ayda əslarəvac verilməməlidir. Mənəvi orucun mahiyyətini açan İslama görə, "qəlbinorucu dil orucundan, dil orucu isə mədə orucundan xeyirlidir".

9. Aclıqaksiyası ilə orucun fərqi

Bütün ibadətlərdəolduğu kimi, orucda da əsas şərt saf niyyətdir. Məhz səmimi niyyət vasitəsiləaclıq aksiyası orucdan fərqlənir. Oruc pozitiv və istəkli ibadətdirsə, zülm və haqsızlığa qarşı keçirilənaclıq aksiyası isə qəzəb və etirazın rəmzidir.

10. Millibirlik, din və torpağa sahib çıxmaq baxımından

Ramazanın sülh vəməhəbbət, qardaşlıq və həmrəylik ayı olması Allah əmridir. Bu əmrə əməl edilməsitorpağının 20 faizi düşmən tapdağı altında olan Azərbaycan üçün xüsusiləvacibdir. Buraya özünü beynəlxalq hüququn qoruyucusu kimi təqdim edən bəzi dövlətlərinmüxtəlif diplomatik gedişlərlə təcavüzkarıdəstəkləməsini, digərlərinin isə onunla hərbi-iqtisadi əlaqələr qurmasını əlavəetsək, onda Ramazanı milli birlik və vətəndaş həmrəyliyimizin qarantı kimi dəqiymətləndirmək olar. Qeyd edək ki, bu qarant həm də multikulturalizm, dinidözümlülük və milli tolerantlıq kimi unikal dəyərlərlə bərqərar olub. Həmin səbəbdənölkəmizdəki sabitlik, aparılan sosial-iqtisadi islahatlar, rüşvət, korrupsiya vədigər neqotivlərlə mübarizə də Ramazanıntələb etdiyi prinsiplərlə həmahəngdir.

Ramazan müxtəlifsəbəblərdən oruc tutmayan məmurlar üçün də bir fürsətdir. İlahi bir şans vəavans kimi verilən Ramazanda "mənəmlik" iddiasında olan məmurlar"bizdən daha qüvvətli kim ola bilər?!" (Fussilət 15) - deyənlərin aqibətindənibrət almalı, vəzifəyə gələrkən "məmur" sözünün mahiyyətini anlamalı,işləri ilə virtual yox, bilavasitə xalqla ünsiyyətdə olan canlı asan xidmətə çevrilməlidirlər. Buprinsip "onlar üçün həm də Ramazan kəffarəsidir" - desək, məncəyanılmarıq.

Ramazan oructutmayan qələm sahibləri, ziyalılar üçün də bir qurtuluş və xilasdır. Onlarsöz, əməl və Rəbbin and içdiyi qələmlə cəmiyyətinvicdanı olmalı, yazdığını yaşamalı, yaşadığını yazmalıdırlar. Peyğəmbər (ə) məhzbelə alimlər üçün buyurub: "Alimin mürəkkəbi şəhidin qanundanüstündür".

Beləliklə, hərbirimiz və bir ümmət olaraq hamımız dinimizin namus pərdəsi olan Ramazanıqurtuluş və xilasa aparan bir sınaq, imtahan ayı kimi qəbul edib, "vətənümandandır, bayraq toxunulmazdır" məfkurəsi ilə yaşamalı, yaratmalı vəyarışmalıyıq. Əks halda, Qarabağda ağ qar üzərində al qanları ilə"Allahu-Əkbər, Vətən" yazan şəhidlərimizin əlləri qiyamətə qədərboğazımızda olacaq.

Tövbə üçün gözəlfürsətdir Ramazan. Çünki Rəhman və Rəhimdir Yaradan. Fəqət niyyəti zülm olanıngünahı bağışlanmaz. Hər gününü Ramazandan hesab edənlərin nəsibdar olmaları isə,şübhəsizdir. Allah oruc, dua və tövbələrimizi qəbul etsin. Amin!

P.S. Müxtəlif səbəblərdən oruc tutmayan şəxslərdavranış və yemək-içməklərində çoxehtiyatlı olmalıdırlar. Bu, həm mənəvi cəhətdən doğru, həm də oruclunun iradınatuş gəlməmək üçündür. Bu hikməti qəsdən, nümayişkəranə pozanlar bilməlidir ki,bununla onlar İslam dinin namus pərdəsi olan Ramazana qəsd etmiş sayılırlar.Ramazana qəsd edənlərin cəzasını isə yalnız onun sahibi - Allahu-Təalə verəcək.