adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Aprel 2024 11:33
1256
ŞOU-BİZNES

Rahidə Baxışova: “Qətiyyən uşaqlıq illərimə qayıtmaq istəmirəm”

Müğənni Rahidə Baxışova əzablı uşaqlıq illərindən söz açıb.

Adalet.az xəbər verir ki, müğənni uşaqlıq illərindən ötrü darıxmadığını etiraf edib:

“Ümumiyyətlə, uşaqlıq illərimdə elə bir hadisə yoxdur ki, xatırlayanda ona sevinim. Əksinə, qətiyyən uşaqlıq illərimə qayıtmaq istəmirəm. Ailədə 4 uşaq olmuşuq, çox çətinliklə böyümüşük. Atam “20 yanvar” hadisələrində itkin düşdü. Bir gecə getdi və qayıtmadı. O zaman mənim 10 yaşım var idi. Atamı kölgə kimi xatırlayırm. Elə də çox şey yadıma düşmür. Mənə deyəndə ki, uşaqlıq xatirələrini birdə yaşamaq istəyərsən? 
Deyirəm ki, yox. Çünki uşaqlıq illərimdə yaşadığım heç bir hadisə, keçirdiyim heç bir gün məni sevindirmir.Bilirsiniz, anam onu çox axtardı, amma tapılmadı. Atam haqqında həmişə düşünürdüm ki, o bizi atıb gedib. Təxminən 15 yaşıma kimi onun itkin düşməsini belə qəbul edirdim. Ona görə də bu hadisəni daha çox mən ağır yaşamışam. Qəbul etmək çətin idi.”

ƏNTİQƏ