Rahib Qərib: “Hər kəsin günah özündə olur... ”

“Təbrikiniz üçün çox sağ olun. İnsan hər doğum günündə bir yaş qocalır. Yaş öz sözünü deyir, onu danmaq olmaz. Hər kəs bir cür yaşayır”
Bunu Adalet.az-a açıqlamasında hərbi jurnalist, ehtiyatda olan mayor Rahib Qərib deyib. R.Qərib indi də jurnalist fəaliyyətini davam etdirdiyini bildirib:
“Jurnalistika sahəsində fəaliyyətimi davam etdirirəm. Prezident Aparatının “Xalq qəzeti”ndə çalışıram. Hesab edirəm ki, hər kəsin günah özündə olur. İstədiyinə nail olmaq hər kəsin haqqıdır və onu da qazanmalıdır. Hər şey həm də mühitdən də asılıdır, çünki bizim fəaliyyətimiz üçün lazımi şərait yoxdur.
Hesab edirəm ki, hərbi jurnalistika sahəsində müəyyən qədər fəaliyyətimiz olub. AzTV-də hərbi verilişlərin bünövrəsini qoymuşuq. Ölkədə ilk dəfə dostlarla birlikdə hərbi studiya yaratmışıq. İndi “Xalq qəzeti”ndə yazıram, yaradıram. İndi bir az qəzet oxuyanların sayı azdır, amma sabah o qəzet kiminsə əlinə keçə bilər. Tarix üçün bu lazımdır”.
Vasif Əlihüseyn
Digər Xəbərlər

MEDİA və "Euronews"un birgə təlim proqramı başlayır

“Space TV”yə xəbərdarlıq edildi

Natiq Məmmədli: Qarabağın dirçəlişi Azərbaycan mediasının əsas mövzusudur

Baku TV-yə xəbərdarlıq edildi

Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşdirilib

Daha bir neçə sayt Mətbuat Şurasına üzv oldu

MEDİA və Mətbuat Şurası başsağlığı yayıb
