adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Noyabr 2018 12:20
89256
MÜSAHİBƏ

Rafiq Tağının qardaşı: “Onun qətlində şübhələndiyim adamlar var” - MÜSAHİBƏ

RafiqTağı 2011-ci ilin noyabrın 19-da naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Birneçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da onun həyatını xilas etməkmümkün olmamışdı. Rafiq Tağı 2011-ci il noyabrın 23-də vəfat edib.


Adalet.azRafiq Tağının qardaşı İlqar Tağı ilə müsahibəni təqdim edir.


"Kinli adam deyildi, qeybət də etməzdi”


- Rafiqbəy evin ən böyüyü idi...

- Bəli. Biz yeddi uşaq olmuşuq. Dörd qardaş,üç bacı. Ən böyük Rafiq idi, ən kiçik mən. Aramızda 16 yaş fərq var. Rafiq Tibbİnstitutuna girəndə mən doğulmuşam.

- MənRafiq Tağıyla müsahibə etmişdim. Orda demişdi ki, ümumiyyətlə mənə ağsaqqallıqmissiyası yad gəlir. Evdə necəydi? Atanızdan sonra Rafiq Tağının idarəçiliyivar idimi?

- Bizim xalq olaraq düşüncəmizdə formalaşanağsaqqallıq var ki, onu heç atamızdan da görməmişik. Atamız ailədə həmişədemokratik olub. Təkəbbür göstərsin, əlini stola çırpsın. Rafiqdə də bu olmayıb,onda da. Hər ikisi doğru yolu sözlə yox, əməlləri ilə bizə göstəriblər. Dedikləridə hər vaxt əməllərilə uzlaşardı. Bu ən düzgün "ağsaqqallıqdır".

-Tanıdığım qədəri ilə Rafiq Tağı həlim adam idi, hətta onu ilk dəfə görəndədemişdim ki, inanmıram o hay-küylü yazıları siz yazasınız. Evdə necə biri idi?Mübarizə aparan, razılaşmayan xarakterdə idi, yoxsa necə?

- Onun uşaqlıq dövrünü görmədiyim üçün dəqiqbilmirəm (gülür). Amma haqqında anam xatirələr danışıb həmişə. Deyir, inadkarolub. Lap uşaq vaxtından. Danışır ki, bir dəfə xalamgilə gedəndə yolda səkçəsuyu istəyib (səkçədə su sərin, həm də içməli olur). O qədər inad eləyib ki,axırda evə qayıdıblar, o sudan içib, yenə yola düzəliblər. (gülüşmə). Bu cürinadkarlığı olub.

-Eynən yazılarındakı kimi...

- Hə, razıyam... Rafiq məktəbi çox yaxşıoxuyub. Masallının Təklə kənd məktəbinin tarixində qızıl medal alan olmamışdı.O vaxt Rafiqə vermək istəyirmişlər. Artıq o ərəfədə hazırlanmış vinetkasında dabu görünür. Digər uşaqlardan fərqlənən fotosu var ortada, çələnglə haşiyələnmişşəklinin altından "medalist” yazılıb. Son məqamda müəllimlərdən biri qəsdənvaxtilə yazdığı "5"-i "4" edib ki, qızıl medala düşməsin.Hansısa səbəblər olubsa da, bu, Rafiqin savadına şübhədən qaynaqlanmamışdı... Nəisə. Amma Rafiq özü bunu heç vaxt dilə gətirməzdi. Kinli adam deyildi, qeybət dəetməzdi, sevməzdi belə şeyləri. Ümumən, bizim ailəyə yaddı belə keyfiyyətlər.Süleyman babamız da, onun atası Hacı Tağı ulu babamız da bu cür kişilərdənolub. Uşaq vaxtı kəndimizin yaşlı kişiləri danışardı haqlarında. Hacı Tağı ovaxt kəndimizdə ilk məscid tikən adam olub. İndi də həmin məscid onun adınıdaşıyır.

-Rafiq Tağının dinə qarşı münasibəti ilə bu danışdığınız qəribə gəldi...

- Bilirsiniz, Hacı Tağı babamızda müsəlmançılığınpozitiv tərəfi toplanmışdı. Mənim özüm şəxsən dinləri qəbul etmirəm, müsəlmançılığınnüvəsində aqressiyanın olduğuna da əminəm. Bu mənada hardasa, Rafiqlə eynifikirdəydik. Ancaq müsəlmançılığın pozitiv tərəfləri də var axı. Bunu da deməliyik.Əslində, babalarımız öz fitrələrində olan pozitiv keyfiyyətləri dinləbağlayaraq ona tapınmışdılar. Onlar nə Quran oxumuşdular, nə də dinlər haqda təsəvvürlərivardı... Hər kəsin hansısa ideologiyaya tapınacaq "zəif nöqtəsi" olmalıdır axı.




"Rafiqin hekayələrindəki qəhrəmanlarına baş çəkmişəm”


- İlqarbəy, Rafiq Tağını yazıçı kimi nə zaman kəşf etdiniz? Evdə bir yazıçı var idiartıq...

- Uşaq idim, Rafiq "Çağırış” adlı rayon qəzetindəçap olunurdu. Biz də çox sevinirdik. İlk hekayələri, oçerkləri, şeirləriçıxardı. "Fərqanə” də o zaman çap olunmuşdu. Rafiqin gənclik sevgisi o hekayədəəks olunub. Mən danışıram sizə 1976-cı ildən. 10 yaşım vardı onda, çox daanlaya bilmirdim, amma oxuyurdum və bilirdim ki, mənim qardaşım yazıçıdır.

Rafiqin hekayələrindəki prototiplərin çoxusuhəyatda var. Mən bir dəfə "Rafiqin yaşadığı kənddən" adlı reportajyazmışdım. Kəndimizə gedəndə Rafiqin hekayələrindəki qəhrəmanların bəzilərinəbaş çəkdim və o yazını yazdım...

-Müəllif ölüb, amma qəhrəmanları yaşayır...

- Hə, bir çoxu yaşayır.

- Həmhəyatda, həm də Rafiq Tağının hekayələrində...

- Bir qəhrəmanın anası ölüb. O da bizimqohumumuzdur. Adı Umuddur, reallıqda adı başqadır - "Sərili paltarlarabaxan" hekayəsindən danışıram. Anadangəlmə anlaqsız durumdadır. Anasıölüb, o indi səksəkə içindədir, hər an qapı açılanda diksinir, bəlkə gələnanasıdır deyə... Sonra… Kəndimizin əsas girəcəyindəki körpünün sol tərəfindəRafiqin "İki qardaş" hekayəsindəki İxtiyarla Mahmudun vaxtilə birgəyaşadıqları ev də qalmaqdadır. İndi həmin iki qardaşın övladları yenə eyni damaltında, yenə birgə yaşamaqdadırlar. İki qardaş həyatda yoxdursa da, Rafiqin"İki qardaş"ında yaşayırlar.

-Bir hekayəsi də vardı. Adamın biri uşağını əyləncə mərkəzinə aparır, ancaquşaqdan daha çox, özü oynayır. O qəhrəman kim idi? Yoxsa Rafiq bəyin özüydü?

- Öz yaşantılarıdır, yazıb. Səhv etmirəmsə,hekayənin adı "Anya” idi. Hamımızın uşaqlığı acı keçib. Mən gitara həvəskarıidim, imkansızlıqdan məni nə musiqi məktəbinə qoya, nə də mənə gitara alabilmişdilər. Rafiq də mənim kimi. Velosipedimiz, topumuz olmayıb. Atam azmaaşla yeddi uşağa baxırdı. Kasıb yaşamışıq...

- HəttaRafiq bəy mənlə söhbətində demişdi ki, atam nəsə alanda üstünə yüyürürdük, çoxsevinirdik...

- Hə... Eləydi. Rafiqin içində o natamamlıqqalmışdı və o hekayədə də həmin natamamlığı vermişdi. Moskvada qızını aparır əyləncəmərkəzinə, orda ondan daha çox özü oynayır, əylənir (gülür).




"Bir dəfə mənə elə təpindi ki…”


-Rafiq Tağı ilə evdə münasibətiniz necəydi? Çəkindiyiniz olurdu ondan?

-Uşaq vaxtı çox çəkinirdim. Qorxurdum ki, birdən dərs zad soruşar məndən (gülüşmə).Bir dəfə Moskavada olanda mənə yazmışdı ki, İlqar, sən instituta girməlisən.Hökmlə. Mən bunu oxuyanda ağladım. Nə təhər yəni girməlisən? Hər sözü ilə həttauzaqdan belə, məsuliyyət qoyurdu üzərimizə, böyük qardaş kimi. Onsuz da girəcəkdim,özümə güvənirdim. Dörd qardaş, birinci il qəbul olmuşuq instituta. Uşaq idim,yadımdadır, Rafiq institutu qurtarandan sonra ilk illər kənddə işləyirdi ovaxt. Neft lampasının işığında, gecələr qardaşlarıma dərs öyrədərdi. O mənzərəindinin özündə də gözümün qabağından getməyib. Ancaq mən instituta hazırlaşanillərdə Rafiq Moskvadaydı, o mənə ordannəzarət edərdi. Kitablar yollayardı mənə... Mən qardaşlarımdan enerji alardım,mənə örnək idilər. Əsas da Rafiq, o hamımıza örnək olub hər vaxt, indi də.

-Heç küsdüyünüz olubmu Rafiq bəydən?

- Yox, yox...

-Sizin xətrinizə dəyibmi?

- Heç vaxt...

-Sizi danladığı da olmayıb?

- Yadımdadır ki, atam həyatının son illərindəxəstəydi. Yaddaş pozğunluğu vardı. Mən atama pul çatdırmalıydım. Pulu da Rafiqvermişdi. Mən də çatdırmışdım. Atam xəstəliyindən dolayı demişdi ki, İlqar mənəpulu verməyib. Rafiq mənə elə təpindi ki... "Yəni ki, İlqar belə edə bilərmiş”- deyə. O zaman Rafiqə inandırmışdım ki, belə deyil. Amma indi də içimdə xalqalıb ki, Rafiq bəlkə də o vaxt mənə tam inanmamışdı. Əlbəttə ki, bu həqiqətənbaş verməmişdi. İçimdə o vaxt qəribə hisslər yaşamışdım. Kiçik epizoddur, təbii,amma yaddaşımdan silinməyib.

"Rafiq ölünü dirildib”

-Xaraktercə necə biriydi? Hansı xüsusiyyətləri vardı?

- Deməli, Rafiq sözə necə həssas idisə, məişətdədə eləydi. Məsələn, deyirdi ki, krant niyə açıq qalsın, o biri tərəfdə işıqlüzumsuz yanır, niyə onu söndürməmisiniz və s.

-Vasvası...

- Vasvası da demək olmaz... Aşırı diqqətcilidi. Onda bir xasiyyət vardı: hər şeyə maksimum həssaslıq. Maksimum qənaətçilliyivardı. Xəsisliyi yoxdu amma. Bu xasiyyəti Sovet dönəmindəki kasıbçılığımızdanirəli gəlirdi. O kompleks var idi onda. Məsələn, Rafiq, dostları, oturub çayiçirik. Dağılışanda onu maşına otuzdura bilmirdim ki, aparım evinə. Deyirdi, 20qəpik verib gedəcəm də, niyə bu boyda yol gedəsən. Yəni həm özünü fikirləşirdi,həm də qarşısındakını. İstəmirdi, kiminsə həm xərci, həm də vaxtı getsin. Ovaxtın qədrini çox yaxşı bilirdi... Rafiq çalışırdı ki, maksimum heç kimə ziyanvurmasın. Onun yazdıqları formalaşmış xarakterilə uzlaşırdı. Əslində, hər kəsözünü yazır, Rafiq də həmçinin. Rafiqdə aşırı humanizm vardı. Ancaq cəmiyyətdəbaş verənlər onu qane etmirdi. Bu Rafiqdə istər-istəməz, aqressiya yaradırdı.Əlindən gələn qədər humanistlik eləmək istəyirdi ki, heç olmazsa, bir qədərtarazlıq yaratsın. Məişətdə və adi həyatda bunu həkim kimi həmişə edərdi, genişmasştabda isə bunu hekayələrində ("kiçik insanlar"ın taleyiniyazmaqla) və esselərində (cəmiyyətin naqisliklərini, mental qüsurlarımızı göstərməklə,bütləri təftiş etməklə) edərdi ...

- Həttadeyilənə görə, xəstələrə bazarlıq da eləyərmiş...

- Eh... O qədər olub ki belə şeylər.Saysız-hesabsız epizodlar var. Danışsam bir kitab olar. Məsələn, birini danışım- Rafiq ölünü necə dirildib.

-Necə?

- Biz hər Novruz bayramında kəndə gedirdik.Səhər qəbirüstünə çıxırdıq, günorta ərəfəsində də yola düzəlməliydik. Ertədən kəndimizinxəstələri qapımızı kəsdirərdi, Rafiq onlara baxardı, reseptlərini yazardı.Sonra dedilər ki, biri var, ölüm ayağındadır. Getdik gördük ki, çadır filanhazırlığı gedir, artıq camaat xəstənin ölməyini gözləməkdədir. Rafiq onu necəölüm yatağından qaldırdı, onu necə yaşatdı, inana bilməmişdilər. O adam indi dəyaşayır... Rafiq həkim kimi həm sağaldırdı, həm də şəfqət verirdi. Beləepizodların çoxuna özüm şahidəm. Hamısı də heç bir təmənna ummadan edilərdi.Ümumiyyətlə, kənd camaatımız Rafiqi çox sevirdi. Rafiqin humanizimi əslindəonun adi halı idi. O, bunları görüntü üçün etmirdi. Rafiq düşünürdü ki, hamıbelə olmalıdı. Biz o qədər naqis cəmiyyətdə yaşayırıq ki, yaxşı insanlargördükdə təəccüblənirik. Halbuki pisə təəccüblənməliyik. Bizim faciəmizdirbu... Rafiq yeri gələndə Moskvada Alla Puqaçovanın anasının həkimi olub. Həkimkimi səviyyəli həkim idi. Amma bu cür yaxşılıqlar onun həmişə içindən gəlirdi.

- Sizcə, niyəorda qalmadı? Moskvada ?

- 90-laridi. Biz ailə olaraq istəyirdik qayıtsın, Rafiq özü də istədi bunu. Darıxırdı Vətənçün.Bu Rafiqin şeirlərində də var. Onun "Moskva dəftəri" var, oxusanız, əminolarsınız buna. Nə böyük kədər var orda. Rafiq çox həssasadam idi. Vətənini çox sevirdi...




"Kaş o yazıları yazmazdı…”


-Rafiq Tağının hay-küylü yazılarından danışaq bir az da. Mirzə Cəlildən, Sabirdən,Səməd Vurğundan, Elçibəydən... Necə qarşılayırdınız bu yazıları?

- Rafiq klassikləri bütləşdirməyəqarşıydı...

- Məhəmmədpeyğəmbərdən yazdı, həbs olundu...

- Hə... Heç kim tam ideal ola bilməz axı.Bütövlükdə Rafiq onları insan olaraq təhlil edirdi, hər kəsi olduğu kimi, aydınzəkasıyla. Havaya söz atmırdı, yalandan şou yaratmırdı. Yazdıqlarının arxasındadura bilirdi, güclü təhlil aparırdı, əsaslandırırdı dediklərini. Hər kəsinqüsuru var. Elə Rafiqin də. Onun qüsuru nəydi? Biz istəyərdik ki, Rafiqyaşasın, təbii. Amma Rafiq nələrisə gözləmədi. Bu da bizə görə nisbidir.Rafiqin öz yanaşması vardı, o hər nəsnəyə mütəfəkkircəsinə yanaşırdı və bu,sövq-təbii baş verirdi. Biz bunu ailə olaraq onun qüsuru sana bilərik, ammazaman baxımından Rafiq mütəfəkkircəsinə həyat sürüb və baş verənlər olmalıydı vəolmazsa olmazdı.

-Siz heç deyirdiniz ki, kaş o yazıları yazmayaydı?

- Əlbəttə, deyirik. İndi deyirik ki, kaşfilan yazını yazmayaydı. Yaxud da, bir az yumşaq formada yazardı. Rafiq sərtyazırdı, sancırdı yazıları ilə, bəzən şok yaradırdı. Rafiq əslində həm də həkimkimi yanaşırdı hər məsələyə. Etdiklərinisevərəkdən edərdi, əslində. Həyatda da eləydi. Dostları Baba Vəziroğlu, RasimQaraca, Əjdər ol, Aqil Abbas danışıblar bu tipli çəkişmələrindən. Rafiq fikirləriniaydın və çılpaqlığıyla deyərdi, bəzəksiz-filan, ancaq bunu xətrə dəymək, kimisəsındırmaq üçün etmirdi. O, sadəcə polemika mövzuları açırdı. Məsələn, Mirzə Cəlil,Sabir haqqında yazılarında və s... Rafiq deyirdi ki, onların yazılarında millətinaşağılanması məqamları var. O istəyirdi ki, öz insanımızın müsbət cəhətlərigöstərilsin. Xalqı bu formada dirçəldə bilərik, təkcə aşağılamaqla yox. Onunhekayələrinə baxın. Kiçik insanların taleyi. Pis insanlar var, əlbəttə. Ancaq gərəksən yaxşı xüsusiyyətlərimizi tapıb, onu daha çox qabardasan yazılarında.

- Ozaman siz Rafiq bəylə razıydınız...

- Bəli, razıydım, elə indi də razıyam. ÇünkiRafiq fikirlərini əsaslandırırdı. Mən Rafiqlə fəxr edirdim ki, bu cür istedad,təxəyyül, elm və savad sahibidir. İndi də fəxr edirəm onunla.




"Onlara dedim ki, gedin indi arağınızı için, nəşəniziçəkin”


- Həbsolunduğu dövrü necə xatırlayırsınız? Özü deyirdi ki, ilk dəfə yazımı elektronpoçtla göndərdim, ondan da həbs olundum.

- Mən onun həbs olunması öncəsi,Nardarandakı nümayiş haqda televiziyada veriliş gördüm. Plakatlarla çıxmışdılar- "Biz Rafiq Tağıya ölüm hökmü vərdik". "Verdik” də yox, "vərdik”, həmdə kirillə. Təşkil olunmuş bir iş idi. Onlar heç, həmin yazını oxuyub da başadüşəcək səviyyədə deyildilər, təbii. Bir dəfə mən məhkəmədə saqqallı birisininyaxasından yapışdım, "nə istəyirsən?" deyə soruşdum. Dedi ki, işimizigördük, burax gedək. Yəni onlar verilən tapşırığı icra edirdilər. Mən onlarınüzlərinə dedim. Dedim, siz iki "məmmədlik” muzdlularsınız. Hər birinizin qiymətiiki "məmməd”dir.

-Eşitmişdim ki, məhkəmədə Rafiq bəyi öldürmək istəyənlər olub.

- Çığır-bağır salırdılar, yaxşı roloynayırdılar. Süni gərginlik yaratmışdılar. Hökm oxunanda "AllahuAkbar" deyə bağırırdılar, mən də onlara dedim, indi gedin, rahatca nəşəniziçəkin, arağınızı için. Yadımdadır, məhkəmədə adi iştirakçı kimi çıxış edən vəkilQurban Məmmədov onlara dedi: "Rafiq mələkdir, siz hamınız şeytansınız”. Rafiqinhəmin yazıdakı cümləsində təhqir yox idi, frazeoloji deyim idi ki, işlətmişdi.Bu, ehtiyatsızlıq adlandırıla bilərdi, sadəcə. Amma şişirtdilər bilərəkdən. Məramvar idi bu olaylarda... Guya hissiyyatına toxunubmuş kimlərinsə, amma həbs qərarıbuna adekvat deyildi. Bu antikonstitusion hərəkət idi. Bu gec-tez sübutolunacaq, Rafiqə gec də olsa rəsmi şəkildə bəraət veriləcək.

-Siz məhkəmə proseslərinin hamısında olmuşdunuz?

- Əlbəttə...

-Orda belə bir dialoq olduğu deyilir. Məhkəmə sədrinin adı Məhəmməd imiş, vəkilİsaxan Aşurov da deyib ki, siz düzgün qərar verə bilməzsiniz. Səbəbini soruşub,İsaxan bəy də deyib, adınız Məhəmməddi, ona görə. Məhkəmə sədri də qayıdıb ki,sizinki də İsadır.

- (gülür). Düzü, o mənim yadıma gəlmir. Ammaola bilər. İsaxan bəy dəyərli vəkil idi. Gücü çatdığı qədər müdafiə elədiRafiqin hüquqlarını. O, əsl vəkillik nümunəsi göstərdi, sinəsini verdi irəli,qaragüruha qarşı. Rafiq necə əsl nasir idisə, o da əsl vəkil idi.

- 1il oldu deyəsən həbsdə. Amma çox qəribədir ki, Rafiq bəy ordan çıxanda heç həbsxatirələri yazmadı...

- 1 il 1 ay həbsdə qaldı. 3 il vermişdilər.Həbsdəki həyatından bizə danışırdı. Məhkumları necə müalicə etməyindən, məzəlihadisələrdən və s. Hadisələri elə baməzə danışırdı ki... Siz daha yaxşı bilərsiniz,ədəbiyyat elə bir şeydir ki, təəssürat sənin içində qalır və haçansa üzə çıxır.Yazılması üçün bəzən illər keçməlidir üstündən. Rafiq yazacaqdı yəqin...




"Öldürüləcəyini hiss edirdi”


-İlqar bəy, Rafiq Tağının "Qatilimə didaktika dərsləri” hekayəsi var. Orda Rafiqbəy qatilin onu necə öldürə biləcəyi haqda yazır. Mənə maraqlıdır, sizə, yaxudkiməsə öldürülmək təhlükəsi olduğundan danışmışdı?

- Yox, deməmişdi. Onu özü də bilmirdi.Düzdü, təhlükəni hiss edirdi. Təhdidlər gəlirdi tez-tez. Həmin hekayə intuitivyazılıb. İntusiyayla bilirmiş ki, onu öldürəcəklər.

-Əlisəmid Kür bıçaqlandığı yerdə ona demişdi bunu...

- Özü də hiss eləyirdi ki, bu baş verə bilər.

-Bıçaqlandığı günü necə xatırlayırsınız? Sizə xəbər verəndə hardaydınız?

- 19 noyabrda vurulmuşdu. Axşam saat 10olardı. Çörək almağa mağazaya girmişdim. Dükandan çıxan kimi yoldaşı zəng elədi.Həyəcan içində dedi, Rafiqi vurublar. Qeyri-ixtiyari soruşdum ki, sağdı. "Hə”dedi. Maşına necə minmişəm, necə sürmüşəm, hələ də anlaya bilmirəm, sanki biranda çatdım Rafiqgilə. Tək yadımda qalan Əzizbəyov heykəlinin yanından dönəndəaz qala qəzaya uğrayacağım andır. Çox qəribədir ki, yol boyu "QAİ" də mənisaxlamadı. Mən təcili yardımdan tez çatmışdım. Getdim gördüm, uzadıblar Rafiqidöşəməyə. Halsızdır...

-Uşaqlar görmədi deyəsən. Çünki Rafiq bəy istəmirmiş onlar görsün...

- Evdəydi uşaqlar. Görmüşdülər artıq.Başlarını itirmişdilər. Rafiq qan axa-axa evə gəlmişdi. Düşünüb ki, gecədir,qatar yolu, orda yıxılıb qalsa heç kim kömək etməz. Gecə vaxtı qatar yolundauzanan birinə kim yaxınlaşar? Ona görə də qət eləyib ki, özünü evə çatdırsın.

- Hə...Təəssüf…

- Qəsdən vurdular Rafiqi, namərdcəsinə...


"Qatil haqda düşünürdüm… Şübhələndiklərimolub”


-Qatilin axtarışı hələ də davam edir?

- Yox, üç ildən sonra saxladılar. Ancaq istənilənvaxt o məsələyə təzədən baxıla bilər. Hər hansı bir ipucu olsa...

-Qatilin tapılmağı yəqin ki, sizi rahatladar...

- Bilirsiniz, əslində Rafiqin qatili cahil cəmiyyətdir.Vətənini sevməyən, naqis, İran xəfiyyəsinə işləyən cahillər öldürdü Rafiqi. Birfərd çıxsın lap, desin ki, mən öldürmüşəm. Nə dəyişəcək ki? O aysberqin görünəntərəfidir. Amma mən qatilin tapılmağını istəyərdim. Sadəcə bilmək istəyərdim okimdir.

-Maraqlıdır, ona nə deyərdiniz?

- Açığı, deyəcək bir sözüm olmayacaq. Sadəcəsoruşacam ki, Rafiqi niyə öldürdün. Cavabı nə olar, bilim. Vəssalam. Qanunla cəzasınıalsın sonra. O adi killerdir, para alıb, vəzifəsini yerinə yetirib. Bilsəm ki,kimsə Rafiqi şəxsi zəmində öldürüb, mən o adamdan şəxsi intiqamımızı alardım, şəksiz.

Bu yerdə Aqil Abbas söhbətimizə qoşulur: - Ən böyük ateist Mirzə FətəliAxundovu, dini fanatizmi tənqid edən Mirzə Cəlili, Sabiri öldürmədilər. Özü dədinin ən yayğın vaxtında. Haqverdiyevi,Üzeyir Hacıbəyovu öldürmədilər. Ancaq 21-ci əsrdə hansısa açıq fikirlərinə görəRafiq Tağını öldürdülər. Biz hara gedirik?

- Mən bayaq Ayxan bəyə dedim, Aqil müəllim.Rafiq Tağını şəxs yox, cəhalət öldürüb. Cəhalətlə də mübarizə aparmaq lazımdır.Dövlət səviyyəsində və davamlı.

Aqil Abbas: - Görün biz hardan-haraya gəlmişik. Cəhalət daha daartır. Buna qarşı da dövlət qurumları mübarizə aparmalıdır.

- Əslində eyni fikirləri dedik. Məsələ fərddədeyil, ümumi problemdədir. Mən həmişə Rafiqin qatili haqda düşünmüşəm. Şübhələndiklərimdə olub. Amma nə edim? Gedim şübhələndiklərimi öldürüm? Əlimdə fakt, dəlilyoxdur.


"Anam onun öldüyünü bilmir, gizlədirik”


- İlqarbəy, Rafiq Tağı vəfat edəndə atası sağ idi?

- Yox, atamız çoxdan vəfat edib.

-Anası sağdır və hələ də bilmir ki, oğlu ölüb.

- Bildirmirik...

-Çox qəribədir. Üstündən bu qədər vaxt keçib. Hiss eləyərdi ən azından. Səsinieşitmək istəyərdi...

- Bəlkə düz eləmirik. Rafiqi çox sevir.Dayana bilməz bu xəbərə.

-Gedirsiz kəndə?

- Gedirik, bəli.

- Bəsanası Rafiq bəyi soruşmur?

- Soruşur, əlbəttə, soruşur.

-Necə yayınırsızsöhbətdən?

- Anamızı aldadan amil bilirsiniz nədir?Rafiq 11 il Moskvada olub. Onda da texnologiya inkişaf etməmişdi. Ancaq məktublarvardı. Biz indi anamızın yanında "vatsap”, "görüntülü zəng” kimi funksiyalardanistifadə etmirik.

- Yənibelə deyək: zamanı dondurmusunuz. Və Rafiq Tağının anası hələ də oğlununMoskvada olduğu illərdə yaşayırmış kimi yaşayır...

- Hə… Texnologiyadan xəbərsizdir. Kitablarıçıxanda göstəririk. Deyirik, bax, Rafiqin təzə kitabı çıxıb. Bu cür aldadırıq.Bəlkə də içində şübhələnir, hiss edir, amma o da Rafiqin ölməsi ehtimalını belədilinə gətirmək istəmir.

-Bu sirri sona qədər aparacaqsınız?

- Biz özümüz deməmişik. Deməyəcəyik də.Televizorda bir-iki dəfə xəbər veriləndə qəfil dəyişmişəm kanalı. Üst-üstədüşdü elə bil. Yaxşı ki pult məndə idi, verilişlərin birində "mərhum RafiqTağı” sözü getdi, mən tez dəyişdim kanalı, anam eşitmədi.

-İndi də hər an televiziya da deyilə bilər. Bunun necə qarşısını alacaqsınız?

- Televiziyada da hər kanalda deyilmir. Məsələn,AzTv-də heç vaxt deyilməz. Özəl kanalların da bəziləri verə bilər, o da çoxnadir halda. Bunu gözləyirik. Diqqət edirik. Bir dəfə yazı yazmışdım. Yazmışdım,"anam darıxır oğluyçün, həm də çox. Deyir pensiya pullarımı toplamışam, həttaiki dənə qurban kəsəcəm, oğlum qayıtsın. Anam arzulayır gələn dəfə bura Rafiqləgəlim və dediyi qurbanları kəsdirsin onun ayaqları altda. Söz vermirəm, amma"darıxma, gələcək!" deyib ayrılıram."

- Kədərlidir…

- Bu bizim taleyimizdir. Ailəmizin faciəsidir.Biz istəyirik ki, Rafiq onun xəyalında yaşasın, sağ kimi qəbul edilsin. Günaheləyiriksə də, qoy günah olsun. Amma, qoy Rafiq yaşasın!


Söhbətləşdi: Ayxan Ayvaz