adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Noyabr 2016 13:38
15681
GÜNDƏM

RAFİQ TAĞININ HEÇ OLMASA RUHUNU SAKİT BURAXIN

Görkəmli yazıçımızRafiq Tağının ölümündən 5 il keçir. Qeyri-adiistedad sahibi idi, böyük ziyalı idi, həm də gözəl insan idi. Dünyaya öz baxışıvardı və tamamilə fərqli bir baxış. Hərdən fikirlərimiz toqquşardı, mübahisə də edərdik.Bəzən də qəzetdə müəyyən baxışlarını tənqid edərdim. Çox xoş qarşılayardı, amma təbii ki, öz fikrində qalırdı.

Tez-tez redaksiyaya gəlirdi, həmhekayələrini, məqalələrini dərc edərdik,həm də əlyazmalarını kompüterdə bizim Mehriban xanım yığardı.Bəzən gəlirdim ki, oturub məqaləsini yazdırır,mənim də yazılarım var, qalxırdı ki, sən yazdır, mən sonrayazdıraram. Razı olmurdum, deyirdimsən birinci yazdırmalısan. Sonra da otururduq ədəbiyyatdan, sənətdən söhbətlər edərdik. Və onunla söhbət heç vaxt adamı yormazdı, əksinə, nəsə öyrənərdim.

Onun ölümü hələdə mənə çox təəccüblü gəlir. Bıçaqlanandan sonra reanimasiyadan çıxan kimi yanına getmişdim. Dedik, güldük, bir az zarafatlaşdıq. Çoxdiriydi, üz-gözündə ölüm kölgəsi görünmürdü. Sonra ölüm xəbərini eşidəndə quruyubqaldım. Nə isə...

İndi baxırambir para yazarlar yenə Rafiq Tağını müzakirə edirlər və hətta təhqir edirlər.

Dirisini rahat buraxmadınız,heç olmasa ölüsünü rahat buraxın.

Rafiq Tağı Azərbaycanədəbiyyatında qalacaq, siz harda qalacaqsınız, bilmirəm.