adalet.az header logo
  • Bakı -°C
26 Aprel 2026 08:56
76
ƏDƏBİYYAT
A- A+

Ay Dünya,ad günün mübarək olsun !

Nə vara,nə pula aldanmadın sən.

Gözəllik eşqi ilə heç yanmadın sən.

Namərdi özünə dost sanmadın sən.

Ay Dünya,ad günün mübarək olsun !

******

Sən qiymət verirsən ağıla,kamala.

Heç vaxt vurulmursan gözəl camala.

İstədin hər zaman haqq qalib ola.

Ay Dünya,ad günün mübarək olsun !

******

Qarşıya qoyduğun məqsədə çatdın.

Hər bir maneəni kənara atdın,

Hərdən kədərləndin,sən qəmə batdın.

Ay Dünya,ad günün mübarək olsun !

******

Sən dostun yolunda möhkəm qalasan,

Uğurun bol olsun,qalib olasan.

Hər an zəiflərə kölgə salasan.

Ay Dünya,ad günün mübarək olsun !

******

Sən haqqı,nahaqqa vermə heç zaman,

Namərd insanlardan diləmə aman,

Yaxşı əməlindən güc alsın cahan.

Ay Dünya,ad günün mübarək olsun !

******

Sev hər ananı,öz anan kimi.

Sev öz dünyan kimi,sev cahan kimi.

Saysan,sayılarsan sayılan kimi.

Ay Dünya,ad günün mübarək olsun !

******

İnsanlıq ölməyib,yaşayır hələ.

İnsanlar insafın verməyib selə.

Mərd olsan,yaşarsan sən gülə-gülə.

Ay Dünya,ad günün mübarək olsun !

******

Amandı,heç zaman yamanlıq etmə,

Amandı,heç zaman fitnəyə getmə,

Yamandan uzaq ol,bağında bitmə.

Ay Dünya,ad günün mübarək olsun !

******

Bu şeiri mən,ad günüm münasibəti ilə özümə həsr etmişəm.

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.