“Özünə hörmət edən biznesmenlər bu cür cihazlardan istifadə edirlər”
“Uşaq qidalarının yararlılıq vaxtı keçdikdə və yaxud saxlanma şəraitinə uyğun saxlanmadıqda onun içərisində həşəratlar əmələ gəlir. Hər bir qida məhsuluna uyğun özünəməxsus həşəratlar olur. Bu fakt onu göstərir ki, qidaların saxlanma şəraiti pozulub. Yəni hər bir qida məhsulu istehsalçıdan istehlakçıya qədər soyuq zəncir üzrə çatdırılmalıdır”.
Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O, bildirib ki, qida məhsulu soyuq zəncir üzrə çatdırılmayanda və qida təzyiqinə məruz qalanda belə hallar olur:
“Hətta yararlılıq müddəti keçməyən məhsullar xarab olur. Uzaq ölkələrdən gətirilən bu cür həssas qidaların temperatur rejimini izləmək üçün xüsusi cihaz var. Mal avtomobilə yüklənən zaman həmin cihazı da ora yerləşdirirlər və o avtomatik olaraq temperaturu yazır. Özünə hörmət edən biznesmenlər bu cür cihazlardan istifadə edirlər”.
Qeyd edək ki, sosial şəbəkələrdə uşaq yeməyindən həşəratlar çıxması ilə bağlı görüntülər yayılıb.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Aprel 2026 11:38
Biləcəriyə işıq verilməsində fasilə yaranacaq
17 Aprel 2026 11:09
Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir - Ali Məhkəmədən xəbərdarlıq
17 Aprel 2026 10:53
Sara Əzimova vəzifəsindən azad edildi
17 Aprel 2026 10:33
Əhaliyə sosial ödənişlər üzrə nə qədər vəsait ödənilib?
16 Aprel 2026 18:32
Mehriban Əliyeva Türkiyə səfərindən görüntülər PAYLAŞDI - VİDEO
16 Aprel 2026 16:21
Uşaq qidasından həşərat çıxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
16 Aprel 2026 14:07
Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda
16 Aprel 2026 13:59


Bakı -°C

