Səkisi olmayan küçə...
Bakıda nə qədər desən , səkisi olmayan küçələr var. Lazım gəlsə, həmin küçələrin adlarını bir- bir yaza da bilərəm. Ancaq yazsam, uzun bir siyahı yaranar. Ona görə də keçək əsas məsələyə.
Yəni səki olmayan küçələrdə nə baş verə bilər? İlk növbədə bir küçənin səkisi yoxdursa, hər hansı piyada məcbur olun . avtomobil yoluna çıxır və onun hərəkət hissəsi ilə gedir. Bu isə çox təhlükəlidir. Çünki arxadan və qarşıdan gələn avtomobil onu hər an vura bilər. Hava qarlı və yağışlı olanda avtomobil yolu ilə hərəkət etmək bir qədər də təhlükəli olur.
Və dəfələrlə belə havada piyadaların vurulması halları baş verib.Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin " Fatimeyi-zəhra" məscidindən sonra , düz Suraxanı Tibbi Mərkəzinə qədər gedən avtomobil yolunda səki yoxdur! Aprelin 14- də saat 14:30- da biz həmin yolla hərəkət edəndə səki olmadığına görə məcbur olub, yolun hərəkət hissəsi ilə gedirdik. Maşının təkərlərdən sıçrayan su üstümüzə düşürdü. Burda.sürüçülərin heç bir günahı yox idi.
Heç bizim də günahımız bir o qədər deyildi. Ancaq sürücülər piyadaların yolla getməsi üçün təhlükəsizlik qaydalarına əməl edirdilər. Bilirdilər ki, səki yoxdur. Burada bir qurumun günahı var- Avtomobil Yolları Dövlət Agentliyinin! Onlar zəhmət çəkib, yol inşa edərkən səki tikməliydilər, amma tikməyiblər! Ona görə də, məlum qurum tez bir vaxtda göstərdiyimiz ünvanda səki tikməli, hərəkətin təhlükəsizliyini təmin etməlidir. Yoxsa , bu yolda hər an avtomobillər piyadaları vura bilər!!!
Emil FAİQOĞLU


Bakı -°C

