adalet.az header logo
  • Bakı -°C
19 Fevral 2026 11:49
67
MƏMLƏKƏT
A- A+

Yağış yağanda...

Bakıya  küclü leysan yağışlar yağanda  bir çox problemlər yaranır. Əsas çətinliklər ondan ibarət olur ki, bir çox körpülərin altı yağış suları ilə dolur, ora keçilməz olur , hətta neçə- neçə avtomobil suyun altında qalır.

Bir dəfə də körpünün altını su basması nəticəsində iki nəfər orada boğularaq ölüb.Çünki ora yığılan sular vaxtında təmizlənmir və körpünü inşa edərkən  müyyən tikinti qaydalarına əməl edilməyib.Hələ heç kim təminat verməyib ki, bir də belə bir faciə olmayacaq.Yağıs sularının yığılıb qalmasına əsas səbəb dirinaj xəttinin və kanalizasiya sisteminin normal işləməməsidir.Bütün bunlara  görə insanlar əziyyət çəkirlər!

Eyni zamanda leysan yağışlarda Bakının Zabrat, Maştağa, Mərdəkan  qəsəbəsinin sakinləri olmazın əzab- əziyyətin çəkirlər! Belə ki, onların heyətlərini, evlərini su basır, insanlar günlərlə, həftələrlə bu problemin içində boğulurlar.Adicə nasos tapılmır ki, sakinlər evlərindəki  suyu təmizləsinlər. Ona görə də, bu insanların problemləri həmişə adiyyatı qurum tərəfindən diqqət mərkəzində saxlanılmalıdır!!!

Emil FAİQOĞLU