“Bu ay yenidən düşünmək üçün fasilə və mənəvi platformadır...”
“Ramazan ayı hər il insanların yadına salır ki, insanın gücü onun fiziki və maddi imkanları ilə məhdudlaşmır. Əsl güc daxili intizamda, dəyərlərə sadiqlikdə və mənəvi tarazlıq qurmaq bacarığındadır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Həmçinin bu ay cəmiyyət olaraq empatiyanı gücləndirir, sosial məsuliyyəti daha dərindən hiss etdirir və paylaşma mədəniyyətini möhkəmləndirir. Deməli, bu ay yenidən düşünmək üçün fasilə və mənəvi platformadır. Arzu edirəm ki, bu ay hər birimiz üçün daxili sakitliyin, düşüncə aydınlığının və yeni imkanlara açılan ümidlərin başlanğıcı olsun. Qoy niyyətlərimiz saf, qərarlarımız müdrik, yolumuz açıq olsun. Ramazan ayınız mübarək”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Mart 2026 00:00
Bu gün Beynəlxalq Qadınlar Günüdür
07 Mart 2026 17:11
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
07 Mart 2026 15:15
Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb
07 Mart 2026 12:31
8 Mart günü yağış yağacaq
06 Mart 2026 23:16
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
06 Mart 2026 16:36
Ağaclar nə vaxt budanmalıdır?
06 Mart 2026 14:35
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR
05 Mart 2026 15:43


Bakı -°C

