“İran və Rusiyanın Azərbaycanın səfirliyinə etdiyi hücum terror aktıdır...”
“Prezident İlham Əliyev Kiyevdə səfirliyimizə qarşı Rusiyanın bilərəkdən hücum etdiyini qeyd etdi. Azərbaycanın səfirliyinə iki ölkə silahla hücum edib. İran və Rusiya. İran Azərbaycanın ikinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı siyasi nizamı qəbul etməyərək müxtəlif üsullarla Azərbaycana təzyiq etməyə başladı. Heç bir təzyiq nəticə verməyərək, Tehranda Azərbaycan səfirliyinə qarşı silahlı terror həyata keçirdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, məhz Rusiya da Azərbaycanın Cənubi Qafqazda müstəqil siyasəti və yeni siyasi reallıqları narahatlıqla izləyir:
“Azərbaycana təzyiq etmək üçün Ukraynada Azərbaycan səfirliyini iki dəfə raket atəşinə tutdu. İran və Rusiyanın Azərbaycanın səfirliyinə etdiyi hücum terror aktıdır. Azərbaycan prezidenti İlham Əliyev Kiyevdə Azərbaycan səfirliyinə qarşı hücumu bilərəkdən həyata keçirdiyini qeyd etdi. Bu, Rusiyaya açıq mesaj idi. Prezidentin Kiyevdə səfirliyimizə qarşı açıq şəkildə bilərəkdən Rusiyanın hücum etməsini vurğulaması Moskvanın siyasi böhranı davam etdirdiyini göstərir. ABŞ vitse-prezidenti D.Vensin Azərbaycana səfəri və imzalanan strateji Xartiyanı Kreml həzm edə bilmir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
16 Fevral 2026 13:05
Liderlər səhər yeməyində - FOTOLAR
16 Fevral 2026 11:08
“Belələrinə zərrə qədər güzəştə getmək...”
16 Fevral 2026 11:03
İlham Əliyev Litva Prezidentini təbrik edib
16 Fevral 2026 09:03
Prezidentlə xanımı hava limanında belə qarşılanıb - VİDEO
15 Fevral 2026 19:57
Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi - FOTOLAR + YENİLƏNİB
15 Fevral 2026 18:30
Vuçiç Zirə məhsullarını təriflədi - "Çox ləzizdir"
15 Fevral 2026 18:26
Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır
15 Fevral 2026 18:20


Bakı -°C

