“Öz düşüncələrində bir tanrı obrazı uydurub ona inanırmışlar...”
“Demək, böyük bir kütlə uşaqlarını məcbur edirmiş. Çünki dində məcburiyyətin olmadığını elan edəndə nə qədər adam üstümüzə gəldi. Hətta bu adamlar Allahın da əleyhinə çıxırlar. Çünki Qurandakı endirilmiş İslama yox, yarı xurafat yarı mövhumat qarışığı olan, beyinlərində formalaşmış, uydurulmuş "İslama" etiqad edirlər. Qurandan, Bəqərə surəsindən ayə gətiririk ki, Allah buyurur, dində məcburiyyət yoxdur. Adamlar heç vecinə də almır”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, demək çoxu Quranın Allahına da inanmırmış:
“Sadəcə öz düşüncələrində bir tanrı obrazı uydurub ona inanırmışlar.Hətta az qala Allaha da dil uzadalar ki, nə olsun sən deyirsən məcburiyyət yoxdur, biz məcbur edəcəyik. Çünki Qumdakı ağalarımız yaxud vəhhabi şeyxlərimiz belə deyir. Deməli bu insanlar real Allaha yox, öz düşüncələrində uydurduqları Allah obrazına tapınırmışlar. Əks halda Allah söyüşü, təhqiri, böhtanı, iftiranı haram etdiyi halda bu adamlar sosial şəbəkələrdə bu qədər günaha batardımı? Əsla. Demək adı müsəlman olsa da, çoxu heç insani xüsusiyyətlərə belə sahib deyilmiş. Təəssüf. Zahirdə saqqal, əba, çalma, təsbeh, batində isə əqrəb, ilan, canavar. Kəbəyə toplaşan çıxsaylı adamları göstərib İmam Cəfər əs Sadiq əleyhissəlamdan bu adamların halını soruşan birinə o həzrət kütlənin batinini göstərmişdi. Bəsirət gözünü açıb o adamların əksəriyyətinin daxilən vəhşi heyvanlar olduğunu sübut etmişdi. Nazim Hikmət demiş, nə çox adam var əynində libası yox. Nə çox libas da var, içində adam yox”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
11 Fevral 2026 17:51
Qurban Qurbanov qızını belə təbrik etdi - VİDEO
11 Fevral 2026 17:50
"Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir" - Dövlət başçısı
11 Fevral 2026 15:39
Azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair fləşmob keçirilib - VİDEO
11 Fevral 2026 11:06
Leyla Əliyeva Natiq Qasımovun ailəsini ziyarətindən görüntülər yaydı
11 Fevral 2026 10:28
Bu gündən yağıntılar kəsiləcək, temperatur yüksələcək
11 Fevral 2026 10:16
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
11 Fevral 2026 09:22
Bakıda daha bir ərazidə söküntü başlayır - Tunel tikiləcək - VİDEO
10 Fevral 2026 20:53


Bakı -°C

