Qəza aradan qaldırıldı...
Qış aylarında hamı istəyir ki, mənzili isti olsun.Mənzil isti olmayanda birmənalı olaraq insanlar çox əziyyət çəkirlər! Bizim mənzimizə də , baş vermiş qəzaya görə istilik gəlmirdi.
" Azəristiliktəchizat" isə çalışır ki, hər bir mənzili normal istiliklə təchiz etsin! Onu da qeyd edək ki, son vaxtlar məlum qurumun qazanxanaları ən müasir avadanlıqla təmin edilib və bu da əhaliyə daha yaxşı istilik verilməsinə əlverişli şərait yaradır. İndi bir çox abonentlər bu xidmətdən razılıq edirlər! " Azəristiliktəchizat" ın Yeni Günəşlidəki xidmət sahəsi sözün həqiqi mənasında öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Sahə rəisi Məhəmməd müəllim və onun əməkdaşları binamızda yaranmıs qəzanı vaxtında aradan qaldırdılar. Onlar səhər və gecə saatlarında bu ağır işin öhdəsindən peşəkarlıqla gəlməyi bacardılar və bizi soyuq havada çətin vəziyyətdə qoymadılar.
Zirzəmidəki istilik xətləri 35 il bundan əvvəl istismara verilib. Ona görə də, burada belə qəzalar tez- tez baş verir. Günün qaranlıq saatlarında isə zirzəmidə təmir işləri aparmaq çox çətindir. Amma buna baxmayaraq , Məhəmməd müəllim və onun əməkdaşları bu işin öhdəsindən gəlməyi bacardılar. Bu xidmətə görə bizim blokda yaşayan sakinlər Məhəmməd müəllim başda olmaqla əməkdaşlaran öz təşəkkürünü bildirir.Mənzillərimiz soyuq havalarda isti olanda biz də özümüzü yaxşı hiss edir və soyuqdan xəstələnmirik!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
27 Fevral 2026 19:22
Şamaxıdakı zəlzələ anından - GÖRÜNTÜLƏR
27 Fevral 2026 18:02
"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlının meyiti dənizdən tapıldı
27 Fevral 2026 16:31
Azərbaycanda güclü zəlzələ oldu - FHN məlumat yaydı + YENİLƏNİB
27 Fevral 2026 11:40
Bakı-Qazax yolunda yük avtomobili aşdı - VİDEO
27 Fevral 2026 10:06
Sumqayıtda poladəritmə sexində partlayış - Fəhlələr xəsarət aldı
27 Fevral 2026 09:43
Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
26 Fevral 2026 23:45
Meyxanaçı Vahid Qədim Luqanskda itkin düşüb - İDDİA
26 Fevral 2026 13:17


Bakı -°C

