Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Binəqədi şossesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yol kənarında park edilmiş yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1963-cü il təvəllüdlü Əliyeva Böyükxanım Böyükağa qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Digər Xəbərlər
27 Fevral 2026 10:06
Sumqayıtda poladəritmə sexində partlayış - Fəhlələr xəsarət aldı
26 Fevral 2026 23:45
Meyxanaçı Vahid Qədim Luqanskda itkin düşüb - İDDİA
26 Fevral 2026 13:17
8 aylıq hamilə xəstəxanada öldü - YENİLƏNİB
25 Fevral 2026 11:19
Zəncirvari qəzalar...
25 Fevral 2026 10:25
Su çərşənbəsində 2 nəfər tonqalda yanıq xəsarəti aldı
24 Fevral 2026 16:08
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır - FOTO
24 Fevral 2026 12:22
Metroda problem yarandı - YENİLƏNİB
23 Fevral 2026 10:08


Bakı -°C

