“Tarix boyu bu tip nailiyyətlərimiz çox olub”
“Əzəmətli dövlətin fəxarətli vətəndaşları olur. Dövlətin əzəməti onun gücündə, suverenliyində və tarixi iradəsində öz parlaq təcəssümünü tapır. Əzəmətli dövlət yalnız sərhədləri ilə deyil, milli birliyi, siyasi sabitliyi, iqtisadi qüdrəti, beynəlxalq nüfuzu və düzgün idarəetməsi ilə seçilir. Məhz bu halda dövlət və xalq qürur hissi ilə yaşayır. Dövlətin fəxarəti həm də milli maraqları qətiyyətlə qoruması və qazandığı nailiyyətlərlə özünü göstərir. Tarix boyu bu tip nailiyyətlərimiz çox olub”.
Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, bu uğurlar bizə keçmişdə dədə-babalarımızın miras qoyduğu möhkəm dəyərlərdən, cəsarətdən və yüksək mənəviyyatdan gəlir:
“Azərbaycan dövləti öz tarixi inkişaf yolunda əzəmətini müasir dövrdə daha aydın və prinsipial şəkildə nümayiş etdirdi. Tarixi zəfərimiz dövlətimizi bütün dünya dəyərləri içərisində uca edən əsas amillərdən biridir. Bu zirvə dövrü keçmişdə babalarımızın qurduğu dövlətlərin mübarizə və qürur ruhunu şərəfli tarix kimi dünyaya bəyan etdi. Dünyanın ağıllı kəsimi isə bu müdrik addımlar qarşısında barışmaqdan başqa yol tapa bilmədi. Bizim tariximizdə Atabəylər dövləti, Səfəvilər imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan dövləti, Zəfər dövrü vardır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

