“Düşünürəm ki, kənar maneələr olmazsa, bu informasiya sistemi...”
“Üç gün əvvəl “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edildi. Açığı, 2-3 gündür ki, oxumağa vaxt tapmırdım. Amma bu gün sona qədər diqqətlə oxudum. Sənəd həcmcə böyükdür, məzmunca isə olduqca stratejidir. Düşünürəm ki, kənar maneələr və təzyiqlər olmazsa, bu sənəd, daha doğrusu bu informasiya sistemi dövlət maliyyə idarəçiliyinin arxitekturasının dəyişə bilər. O ki, qaldı bu sistemin əsas məqamlarına. Qısa desəm, dövlət büdcəsi, dövlət borcu, xəzinədarlıq, investisiya layihələri, inzibati cərimələr, rüsumlar, dövlət müəssisələri, mühasibat uçotu və bu sistemlə əlaqəli nə varsa, hamısı vahid rəqəmsal platformada toplanır”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, sistemdə məlumatlar real vaxt rejimində izlənilir, təhlil edilir və proqnozlaşdırılır:
“Büdcə xərcləri üzrə nəzarət mexanizmi güclənir, “sonradan yoxlama” əvəzinə “icra zamanı monitorinq” yanaşması tətbiq olunur. Eyni zamanda güzəştlərin, azadolmaların, subsidiyaların büdcəyə real təsiri ölçülə bilən olur. Dövlət müəssisələri üzrə maliyyə intizamı və şəffaflıq sistemli şəkildə artırılır. Həmçinin, elektron müqavilə, elektron mühasibat, elektron rüsum və mədaxil mexanizmləri kölgəni daraldır, hesabatlılığı genişləndirir. Məsələnin ən vacib tərəfi isə budur ki, bu Əsasnamə maliyyə dayanıqlığı, şəffaflıq, hesabatlılıq və dövlət vəsaitinə nəzarət baxımından uzun müddətdir danışılan, amma bəzi hissələri parçalı şəkildə tətbiq edilən yanaşmaları vahid sistemə birləşdirir. Əlqərəz, kənar müdaxilələrsiz və texniki-institusional baxımdan düzgün icra edilərsə, bu sistem dövlət maliyyəsinin idarə olunmasında qaydaları dəyişə bilər (kosmetik yox, köklü) . Hansı ki, indiki mərhələdə ölkə üçün məhz belə bir dönüş nöqtəsinə ehtiyac var”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Yanvar 2026 19:08
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
29 Yanvar 2026 16:19
Ən riskli internet provayderləri
28 Yanvar 2026 10:14
Vətəndaşların məlumatlarının qanunsuz yayılmasının qarşısı alındı
27 Yanvar 2026 16:24
"Bakcell" lotereyasında meqa uduşun qalibi bəlli oldu!
26 Yanvar 2026 17:12
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
22 Yanvar 2026 11:51
Bu ölkədə süni intellektlə bağlı qanun qəbul edildi
20 Yanvar 2026 09:10
“TikTok” bu hesablara məhdudiyyət tətbiq edəcək
19 Yanvar 2026 17:10


Bakı -°C

