“Bunu istəyənlərdən biri də Mesud Pezaşkiandır...” - Politoloq
“ABŞ Prezident Donald Tramp İrandadakı etirazlarla bağlı hər gün açıqlama verir və status paylaşır. Ağ Ev sahibinin İranın hərbi mərkəzlərinə zərbə vuracağı açıqlaması və “İran indi daha çox azadlığa can atır. ABŞ kömək etməyə hazırdır” statusu etirazları yatırtmağa çalışan İran mühafizəkarlarına təzyiq, etirazçıları isə daha çox cəsarətli olmağa həvəsləndirmək məqsədi daşıyır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, etirazçıların da bir neçə şəhərdəki küçəni “Donald Tramp” adlandırması onların Ağ Ev sahibi ilə paslaşmasına işarədir:
“İranda internetin kəsilməsinə baxmayaraq, Trampla etirazçılar arasında rabitə yaranıb. Ağ Ev sahibinin İrana artan diqqəti bu ölkədəki mühafizəkarları ənənəvi olaraq “Amerikaya ölüm” şüarlarını səsləndirməsinə həvəsləndirib. Halbuki, bir müddət bu şüarın səslənməsinə fasilə vermişdilər. Beləliklə, Tehrandakı dükan sahiblərinin milli pull vahidinin dəyərdən düşməsiylə bağlı başlatdıqları etirazlarda xarici amil də ön plana keçib. Etirazlar davam edərkən, ABŞ-nin İranın hərbi mərkəzlərinə və SEPAH məntəqələrinə endirə biləcəyi zərbələrin nəticəsi nə ola bilər? Mühafizəkarlar etirazların ilk günləri ABŞ-nin adını çəkmirdilər, ancaq Trampın etirazlarla bağlı açıqlama və statusları çoxaldıqca, mollalar etirazları məhz Amerikanın təşkil etdiyini söyləməyə başladılar. Məqsəd aydındır, rejim diqqəti ölkədaxili problemlərdən yayındıraraq cəmiyyəti məlum düşmənə qarşı mobilizə etməyə çalışır. ABŞ raket zərbələri endirərsə, molla rejimi mobilizəni gücləndirməyə çalışacaq. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Rejim İsrail və ABŞ ilə 12 günlük müharibədən sonra cəmiyyəti mobilizə edə bilmədi, əksinə sanksiyalardan bezən insanlar ölkələrinin beynəlxalq aləmlə normal münasibətlərinin formalaşmasını istəyirlər. Bunu istəyənlərdən biri də İran Prezidenti Məsud Pezeşkiandır, ancaq onun da əl-qolunu bağlayan indiki sistemdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Mart 2026 18:21
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
03 Mart 2026 15:06
İlham Əliyevdən alternativ enerji mənbələri ilə bağlı açıqlama
03 Mart 2026 15:05
"Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq"
03 Mart 2026 15:04
"Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır" - Dövlət başçısı
03 Mart 2026 15:03
"Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik" - Prezident
03 Mart 2026 13:24
“Biz bu ədalətsizliyə məruz qalanda heç kim onu aradan qaldırmadı...”
03 Mart 2026 12:46
Vüqar Mustafayev Ankarada Yaşar Gülərlə müzakirələr apardı
03 Mart 2026 12:41


Bakı -°C

