"Qaçqınkom"dan "Qobu Park"dakı binalar barədə iddialara MÜNASİBƏT
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı yayılan iddialar barədə məlumatlara münasibət bildirib.
Dövlət Komitəsindən Adalet.az-a verilən xəbərə görə, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.
"Kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür", - qeyd olunub.
Digər Xəbərlər
13 Mart 2026 12:51
"Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir" - Əli Əhmədovdan hökumətə çağırış
13 Mart 2026 12:46
"Yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır" - Deputat
13 Mart 2026 12:27
Deputat Sabunçu rayonunun problemlərindən danışdı: "Xeyli qanunsuz evlər, obyektlər tikilib"
13 Mart 2026 12:00


Bakı -°C

