İranda etirazlar hakimiyyəti seçim qarşısında qoyub - Politoloq
“İranda etirazlar ölkənin bütün ərazilərinə yayılmaqdadır. İraqla sərhəddə yerləşən əsasən kürdlərdən ibarət olan Abdan şəhərindən rejim qüvvələri çıxıb. Oranın bütün etnik qrupları etirazlara qoşulur. Əsas proseslər isə, İranın Bəllucistan vilayətində uzun illər fəaliyyət göstərən silahlı "Ceyş ül-Ədl" qrupun geniş şəkildə hücumları ola bilər. Təbriz də etirazlara qoşulub”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu etirazlar sosial narazılıqdan siyasi etirazlara keçib:
“Bunun yaradan əsas amillər əsasən İrana qarşı sanksiyalar və rejimin islahatlara getməməsidir. Etirazlar uzun müddət davam edərsə, bir çox vilayətlərdə təhlükəsizlik orqanları etirazçılara silahlar işlətməyə bilər. Bu da rejimin zəifləməsi olacaq. İraqla sərhəd yerləşən Abdan şəhərindən təhlükəsizlik qüvvələrinin çıxarılması göstərir ki, Tehran rejimi güc strukturlarına etimad göstərmir. İranın Ali dini rəhbəri Ə.Xamenei bütün hakimiyyəti prezidentə ötürərsə, etirazlar səngiyə bilər. Etirazçıların əsas tələbi Ə.Xameneinəyə qarşıdır. Bu etirazlar islahatçı prezidentə deyil, mühafizəkar sistemə-Ə.Xamenei hədəf alınıb. Bu, mühafizəkar kəsimin, islahatçı qanada uduzması deməkdir. Mühafizəkarlar hakimiyyəti prezidentə verməsə, M. Pezeşkian istefa verə bilər”.
Politoloq deyib ki, hazırda İran rejimində bu böhrandan çıxmaq üçün üç ssenari müzakirə olunur:
“Birinci İsrailə raket atışı. Bu, etirazları sakitləşdirə və xalqın rejim ətrafında birləşməsinə gətirə bilər. İkinci kəsim isə, hakimiyyəti prezidentə tam təhvil verib, ishalahatlara getməkdir. Üçüncü, İsrailə qarşı qabaqcadan hərbi əməliyyatlar keçirə bilər. Bununla xalqın etirazlarını yatıra bilər. M.Pezeşkian məsuliyyeti boynuna götürə və problemi həll edə bilər. Amma, fars idioloqları Azərbaycan türkünə tam səlahiyyətlər vermək istəmir. İranda etirazlar isə, silahlı toqquşmalara yol aça bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Yanvar 2026 08:31
İranda rejim çökərsə, nə baş verəcək? - Politoloqun şərhi
08 Yanvar 2026 14:03
“Putin Astraxan vilayətinin şimalındakı qumsal çölləri Çinə icarəyə verib”
08 Yanvar 2026 14:00
Ya İranı qarışdırırlar, ya da Türkiyədə... - Elxan Şükürlü yazır
08 Yanvar 2026 13:06


Bakı -°C

