Emin PİRİ: AĞ XALATLI SEVGİ
Gözlərim tutanda baxışlarını
ürəyimi çəkirsən hər dəfə bir diş kimi.
Axı, bu ürəkdi,
diş deyil, 32 ola.
İnsafın olsun,
məndə bu qədər ürək hardandır, ay həkim qız?!
And ola Hipokrata-
sağaltmırsan, öldürürsən məni-
sən başqa xəstəyə baş çəkəndə.
Nə əlindəki stetoskop, nə başqa alət
eşitməz qəlbimin səsini.
Özün qoy başını
sinəmə, qəlbimin üstə, ay həkim qız.
Dinlə-
sənə doğru yorğa qaçan ürəyimi-
bəsimdi.
Gecələr tələsim evə.
Qapını açmaq istəyəndə
əllərim cəftəni yox,
əllərini tutsun-
bəsimdi.
Bilsəm ki, ağ xalat çıxar əynindən
kəfən əvəzinə örtər üstümü.
Bir anda ölərəm
görüm deyə əndamı-
bəsimdi.
Vallah, xeyri yoxdu mənə
resept kağızında yazdığın
adını duymadığım dərmanların.
Heyf etmə boş yerə o vərəqləri, ay həkim qız,
üzündən öpüm-
bəsimdi.
Əsəbim soyumaz,
nə otlar, nə də sakinləşdirici dərmanlarla.
sevgim gübrələyər bətnindəki çiçəyi-
Bəlkə hirsim soyuya.
Nə sistem, nə damarımdakı iynə,
durultmaz qanımı.
Uzun, qara saçların dolana qollarıma-
bəsimdi.
Boş ver analiz cavablarını,
At bir kənara
qol çəkdiyin qeydiyyat kitabçasın, ay həkim qız.
Götür onların yerinə
nikah kağızına bir qol çək-
bəsimdi.
Digər Xəbərlər
07 Yanvar 2026 13:20
BƏXTİYAR NEFTÇİNİN 100 İLLİYİ
07 Yanvar 2026 13:18
Tariximizin bir parçası yeni kitabda
05 Yanvar 2026 16:07
Məhyəddin Məhərrəmoğlunun növbəti şeirlər kitabı nəşr edilib
05 Yanvar 2026 08:09
ONU TORPAQ ÇAĞIRIRDI
31 Dekabr 2025 15:12
Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı
29 Dekabr 2025 13:01
Rəşat Kəsəmənli: “Kaş mən də bu sənətdə atam kimi iz qoya bilim”
29 Dekabr 2025 11:00
HƏMRƏYLİK GÜNÜ MİLLİ BİRLİK, VƏTƏNƏ BAĞLILIQ HİSSLƏRİNİ ÖZÜNDƏ TƏCƏSSÜM ETDİRİR
27 Dekabr 2025 11:48


Bakı -°C

