“Türkiyənin Livanla bağlı dərhal hərəkətə keçməsi zəruridir...”
“Liviya hərbi qərargah rəisinin Türkiyədə təyyarə qəzasına uğraması, dünən İsrailin Livanın Bəqa vadisini bombalaması ilə bu gün Suriyanın Homs şəhərindəki İmam Əli məscidində törədilən terror hadisəsinin silsiləli şəkildə baş verməsi təsadüf deyil, əlaqəlidir”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
Onun sözlərinə görə, Türkiyəyə qarşı Yunanıstan və Yunan Kipri ilə hərbi ittifaqın qurulması cəhdi, habelə Suriyadakı silahlı separatçıların himayə edilərək orduya inteqrasiyasının qarşısının alınması Yaxın Şərqi yenidən müharibəyə sürükləməkdir:
“Burada əsas hədəf Türkiyədir. ABŞ-nin Qəzzada sülh planı hələ ki, maraqlarına uyğun inkişaf etməkdiyi üçün icrası ləngidilir. Təxribat planlarının qarşısının alınması üçün Türkiyənin Livanla bağlı dərhal hərəkətə keçməsi zəruridir. Çünki Suriyada hakimiyyət dəyişsə də Livanda hakimiyyət xaosu və İranla İsrailin rəqabəti fonunda silahlı qüvvələrin aktiv təsiri mövcuddur. Yaralanmış vəziyyətdən istifadə edən güclər Suriyada yenidən terror dalğaları yaradıb Türkiyəni bu yolla təxribata çəkmək istəyirlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Dekabr 2025 15:32
"Rusiyanın növbəti zərbəsi əsas hədəfin Kiyev olduğunu göstərir" - Zelenski
27 Dekabr 2025 15:23
Suriyada məsciddə partlayış nəticəsində ölənlərin SAYI ARTDI
27 Dekabr 2025 14:00
ABŞ-də rekord - Kaliforniyada 72 saat yağış yağıb
27 Dekabr 2025 13:37
Polşa aeroportlarını bağlayıb
27 Dekabr 2025 13:26
Məsud Pezeşkianın tələbəlik dövrü - VİDEO
27 Dekabr 2025 13:12
“Rusiya Könüllülər Korpusu”nun lideri Ukraynada öldürülüb
27 Dekabr 2025 13:09
Ankarada təyyarə qəzasında həlak olanlar üçün anım mərasimi keçirilib
27 Dekabr 2025 13:07


Bakı -°C

