“Rusiya ordusunda döyüşən vətəndaşlarımızın qarşısı alınmalıdır”
Xəbər verdiyimiz kimi, politoloq Elxan Şahinoğlu açıqlaması zamanı Rusiya ordusunda döyüşən Azərbaycan vətəndaşlarının məsuliyyətə cəlb edilməsini təklif edib. O, bildirib ki, müvafiq dövlət qurumları bu istiqamətdə tədbirlər görməlidirlər.
Mövzuyla bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev politoqun fikirləri ilə razılaşdığını bildirdi:
“Çünki bir Azərbaycan vətəndaşı, bəzən isə Vətən müharibəsində iştirak edən döyüşçülər arasında bəziləri gedib Rusiya ordusunda xidmət etmək üçün muzdlu hərbi qulluqçu olaraq işğalda iştirak edir. Bu isə Azərbaycanın mövcud qanunvericiliyi ilə tamamilə qadağandır. Belə bir fəaliyyətlə məşğul olanlar mütləq cəzalandırılmalıdır. Digər tərəfdən isə bu fəaliyyətlərin qarşısının alınması üçün də müəyyən tədbirlər görülməlidir. Ola bilsin ki, qanunvericildə buna görə nəzərdə tutulan sanksiyalar sərtləşdirilməlidir. Bu barədə ictimai müzakirələr keçirilməlidir. Həmin şəxsləri bəzən dəfnlərində şəhid kimi Azərbaycan ictimaiyyətinə təqdim etməyə çalışan şəxslər və resurslar tapılır ki, bu da tamamilə yanlış bir adımdır. Hesab edirəm ki, ən yaxşı variantlarından biri bu məsələ ilə bağlı İctimai Televiziyada və ya Milli Məclisdə müəyyən müzakirələr təşkil etmək və bu fəaliyyətlərin qınaq obyektinə çevrilməsi üçün ciddi tədbirlər görülməlidir”.
Vasif
Digər Xəbərlər
23 Yanvar 2026 23:59
Əbu-Dabidə üçtərəfli görüş BAŞA ÇATDI - YENİLƏNİB + VİDEO
23 Yanvar 2026 23:21
Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul edib
23 Yanvar 2026 23:07
Trampa qarşı çıxmayın, hər şeyi itirə bilərik - Meloni
23 Yanvar 2026 22:57
ABŞ-ın Suriyada qalması üçün bir səbəb yoxdur - Hakan Fidan
23 Yanvar 2026 18:00
Əbu-Dabidə nə edəcəyimizi bilirik - Zelenski
23 Yanvar 2026 17:45
Özbəkistan və Türkiyə hərbi əməkdaşlıq müqaviləsi imzaladı
23 Yanvar 2026 11:24
2025-ci ildə Türkiyənin arxeoloji kəşfləri – FOTOLAR
23 Yanvar 2026 10:14


Bakı -°C

