Camaatı niyə qorxudurlar?
Hidrometeoroloqlar və ayri- ayrı mütəxəssislər tez-tez bildirirlər ki, bu qış çox soyuq və sərt keçəcək. Buna sözümümüz yoxdur.Qışdı da, sərt də keçə bilər , mülayim də! Əsas məsələ odur təki soyuqdan insanlar donmasınlar.
Qışın sərt keçəcəyi barədə verilən proqnozlar əhali arasında heç də birmənalı qarşılanmır. Ötən ilin də soyuq və qarlı keçəcəyini öncədən demişdilər . Nə oldu! Qış o qədər də, soyuq olmadı, hətta bir qədər mülayim oldu. Nə elə çoxlu qar yağdı, nə də şaxtalar düşdü. İndi də bu qış barədə hər gün məlumat verirlər. Qışın soyuqluğundan çox bu xəbərlər insanları üşüdür. İndi camaatın yüz dərdi var, bir tərəfdən də həftə səkkiz, mən doqquz deyirlər ki, qış çox sərt keçəcək! Belə qeyri- dəqiq proqnozlara heç insanlar da inanmır.
Məsələn , bir neçə gün bundan əvvəl hidirometeroloqlar bildirirdilər ki, Bakıda çiskin yağış yağacaq! Amma həmin günü çiskin yağış yox, leysan yağış yağdı. Görürsünüzmü, hər verilən proqnoz da düz çıxmır. Hər şeyin neçə baş verəcəyini Allahdan başqa heç kim bilməz! Ona görə də, hər deyilənə inanmayın. Allah qoysa, qış gələr , bax onda bilərik ki, qıs necə keçir; soyuq və qarlı olur, yoxsa, mülayim! Darıxmayaq, yaşayarıq, görərik!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
02 Mart 2026 12:48
Leyla Əliyeva "Woman Bazaar" festivalında - FOTOLAR
02 Mart 2026 12:46
"Uşağın əlindən telefonu almaq asandır, amma..." - Deputat
02 Mart 2026 10:43
Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR
02 Mart 2026 09:15
Xocalıda avtomobillərdə köməksiz qalanlara yardım edildi - VİDEO
01 Mart 2026 11:11
Ölkədə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
01 Mart 2026 09:19
Yazın ilk ayının ilk günündə hava necə olacaq?
28 Fevral 2026 00:07
Prezidentin gəlininin alpaka fermasından maraqlı - FOTOLARI
27 Fevral 2026 17:24


Bakı -°C

