adalet.az header logo
  • Bakı -°C
02 Dekabr 2025 11:57
41
MƏMLƏKƏT
A- A+

Birazca da dözün...

Havalar get-gedə soyuyur və birazdan bir qədər  soyuq olacaq! "Azəristiliktəchizat" sa əhaliyə noyabrın 15- dən istilik verməlidir.Bu gün əksər  insanlardan soruşuruq ki, mənzilnizdə istilik varmı? Onları çoxu deyir ki, xeyr yoxdur.

Məsələn, Yeni Yasamal 2, bina 2- də yaşayan sakinlər bildirirlər ki, evlərimizə normal istilik verilmir, 4 otaqdan birində  istilik var, o da çox zəif. Sahə rəisinə deyirik ki, bəs filan qədər istiliyə pul ödəyirik, niyə bizə normal istilik vermirsiniz? Sahə rəisi isə laqeyd halda  bildiririk ki, biz havanın temperaturuna uyğun istilik veririk! Qəribə cavabdır ey! İstiliyi elə verin ki, ən azından evimiz qızsın! Amma bu istiliklə , vallah, evlər qızmaz!        

Görünür" Azəristiliktəchizat" qışa tam hazır deyilmiş. İstiliyi verirlər bir də görürsən ki, kəsdilər! Nə baş verib? Məlum olub ki, istilik xəttində qəza yaranıb.Bir neçə gündə təmir işləri ilə məşğul olurlar. Və beləcə günü- günə satırlar. Elə bu sətirlərin müəllifi də mənzilinə istilik verilmədiyinə görə,  çətinlik yaşayır. Mənzilimizdə bir otaqda istilik var, qalan otaqlar bumbuzdir.

Yəni istilik yoxdur. Bu barədə " Azəristiliktəchizat" ın Yeni Günəşli , " D" yaşayış massivindəki qazanxanan sahə rəisi Məhəmməd müəllimə  iradlarımızı bildirəndə xeyir ki, 15 binanın istiliyi yoxdur, indi onu təmir edirik, başımız açılanda sizin də məsələnizə baxarıq! Ay  hörmətli Məhəmməd müəllim, təmir işlərini payızda və qışda deyil, yayda aparmalısınız, indi isə evlərə istilik verməlisiniz, çox təəssüf ki, onu da vermirsiniz.Depabrın 2-si olsa belə , hələ də bəzi binalara və o cümlədən bizim mənzilin hamısına istilik verilmir. O deyir ki, bir səbr edin! Biz də artıq 17-i gündür ki, səbr edirik! Axı səbr etməyinən evlər qızmır! Yaxşı, biraz da gözləyərik!!!

Emil Faiqoğlu