adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2025 08:06
69
ƏDƏBİYYAT
A- A+

Bu mənim ustadım Firuz müəllimdi

İdmanla ucaldır bayrağı göyə,
Bayraq qarşısında baş əyə-əyə.
Sevinci sığmayır kiçik ürəyə, 
Bu mənim ustadım Firuz müəllimdi.

******

Can-başla öyrədir gələn hər kəsi,
İdmana həvəsi olan hər kəsi.
Yayılıb hər yana ustadın səsi,
Bu mənim ustadım Firuz müəllimdi.

******

Neçə yetirməsi ad qazanıbdı,
Yanar bir ocaqdan od qazanıbdı.
O,öz ustadını doğma sanıbdı,
Bu mənim ustadım Firuz müəllimdi.

******

Gününün mənası idmandı onun,
İdmansız həyatın görməyir sonun.
Dərmanı idmandı,inan ki, onun,
Bu mənim ustadım Firuz müəllimdi.

******

Öyrədir fəndləri yetirməsinə,
Yaxşılıq öyrədir, gətirir dinə.
İdmanla yüksəlir,çəkilir önə,
Bu mənim ustadım Firuz müəllimdi.

******

Boks üzrə ustadım Firuz müəllimə həsr edirəm.

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.