adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2025 15:05
72
DÜNYA
A- A+

Rusiya buna görə Kiyevə ağır hücum etdi - Politoloq

“Rusiya qəbul edilməyən Kapitulyasiya sənədi olan "sülh planına" cavab olaraq Kiyevə ağır şəkildə hücum etdi. ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə "Sülh planı" Avropa və Ukrayna tərəfindən qəbul edilmədi. Artıq 28 maddədən ibarət "sülh planı" yoxdur. Avropa, ABŞ və Ukraynanın Cenevrədə hazırladığı 19 maddəlik atəşkəs müqaviləsindən ibarətdir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, Rusiya buna cavab olaraq Kiyevə genişmiqyaslı ballistik raketlər və Dronlarla zərbə endirib: 

“Danışıqlarda maraqlı olduğunu deyən Rusiyanın Kiyevə ağır şəkildə hücum etməsi göstərir ki, Avropanın planını qəbul etmək istəmir. Hazırda ABŞ və Rusiya Əbu-Dabidə danışıqlar aparır. Bu danışıqların detalları Avropa və Ukrayna ilə bölüşüləcək. Çünki, ABŞ-nin təkbaşına qərar qəbul etməsinin Avropa tərəfindən qarşısı alınır. Məhz Türkiyə də ABŞ 28 maddəlik "sülh planını"  qəbul etməyib. Avropa və ABŞ tərəfindən yenidən  atəşkəs planı hazırlanıb. Bu planın Rusiya tərəfindən qəbul edilməsi üçün ABŞ və Rusiya arasında danışıqlar aparılırsa, proses davam edəcək. 

O, bildirib ki, ümumiyyətlə, Rusiyanın Ukraynada azda olsa üstünlüyü növbəti eskalasiyaya gətirib çıxaracaq:

“Rusiya "hücum etməklə" qazanır prinsipi ilə qonşu ölkələrə qarşı hərbi təzyiqlər qaçılmaz olacaq. Avropa prosesə obyektiv yanaşır. Amma, ABŞ prezidenti D.Tramp  Ukrayna məsələsinə spesifik yanaşır. D. Tramp üçün  Ukraynanın torpaq güzəştə getməsi sadə görünür. Yalnız atəşkəs əldə edilsin. Nəticədə, ABŞ və Rusiya iqtisadi əlaqələri bərpa olunaraq birgə investisiya layihələri reallaşdırsın. Rusiyanı isə, sosial rifah deyil, yeni ərazilər qazanıb, imperiyanı genişləndirilməkdir”.

Vasif ƏLİHÜSEYN