“Qadın boşanmaq və ya müstəqil qərar vermək istədikdə zorakılıq şiddətlənir”
“Sığınacağımızda məskunlaşan qadınarla aparılan ilkin müsahibədə, “ilk zorakılıq faktı evliliyin hansı günü və ayında baş verdi?” sualına, məziləri “iki gündən sonra”, “bir həftədən sonra”, “bir aydan sonra”, “bir uşaqdan sonra” kimi cavablar verir”.
Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Ekspertin sözlərinə görə, qadın ayrılmaq, boşanmaq və ya müstəqil qərar vermək istədikdə zorakılıq şiddətlənir:
“Azərbaycan reallığında femisid halları çox vaxt qadının “ailədən getmək istədəyi” zaman baş verir. Bu, nəzarətçi-dopminant tipin ən təhlükəli davranışıdır. Azərbaycan reallığında nəzarətçi-dominant tiplər ayrıldıqdan sonra da əksər vaxt qadına qarşı zorakılığı müxtəlif formada davam etdirir. Məsələn, 17 il ailə həyatından sonra ayrılmağa qərar vermiş qadının 4 uşağı (oğlanlar) ər tərəfindən manipulyasiya edilərək, məhkəmədə atanın yanında qalmaq istədiyini bildirdilər”.
M.Zeynalova deyib ki, qadın erkən nikah qurbanı olduğuna görə təhsili yox idi:
“Lakin buna baxmayaraq qadında fitri istedad var idi və o şeirlər yazırdı. Bəzən iş yerləri tapırdı. Ər dərhal onun iş yerlərinə müxtəlif mesajlar göndərir, sosial hesabında paylaşımlarının altında “bu fərsizi necə işə götürüblər”, “yəqin elə iş yerindəkilər də bu ağıldadır” kimi mesajlar yazır, beləliklə onun işini itirməsi ilə nəticələnirdi”.
O, deyib ki, keçmiş əri hətta alimentin gecikdirilməsinə görə qadının cərimələnməsinə də nail olub:
“Halbuki qadın, iş yerinin olmaması və gəlirinin az olmasına baxmayaraq gücü çatdığı məbləğdə alimenti ödəyirdi. Bütün bu hadisələrlə yanaşı kişi “sən, ya evə qayıt, bir gün vaxt verirəm, ya da həbs etdirəcəm” kimi mesajlar ilə onu manipulyasiya etməkdə davam edirdi. Qadın isə ondan qorxduğu üçün evinə qayıtmaq istəmirdi. Azərbaycan reallığında nəzarətçi-dominant tip zorakılığı patriarxal dəyərlər və gender rolları ilə daha da güclənir. Təəssüf ki, qadınların çoxu bunu zorakılıq kimi yox, “ailə qaydası” kimi qəbul etdiyindən, aşkarlanma və müdaxilə çətinləşir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07
Dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!
11 Sentyabr 2026 22:02


Bakı -°C

