Yollar dumanlı olanda ...
Respublikamızın avtomobil yollarında hər gün minlərlə sürücü sükan arxasında əyləşib harasa, gedir.
Aydındır ki, bütün hərəkət iştirakçıları və eləcə də, sürücülər mənzil başına sağ - salamat çatmaq istəyirlər. Bunun üçün öncə hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarına əməl etməlidir. Hamıya o da , məlumdur ki, respublika əhəmiyyətli yollarda tez - tez duman olur.Dumansa istər-istəməz nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və bu, qəza şəraiti yaradır. Təbii ki, belə qatı duman olanda yaxın və uzaq məsafəni görmək çox çətinləşir.
Bəs bu cür dumanlı, özü də, qatı dumanlı havada sürücülər nə etməlidir? Əlbəttə, bu sualın elə birmənalı da cavabı var. Birincisi , belə çətin hava şəraitində təcrübəsi olmayan sürücülər sükan arxasında əyləşməməlidir! Dumanlı havada ilk növbədə sürücülər ara məsafəsi saxlamalı, qabaq və arxa işıqları yandırmalı, sürət həddini aşağı salmalı, bir sözlə, daha diqqətli olmalıdır.
Bununla yanaşı, mobel telefonla danışmamalı, digər nəqliyyat vasitələrinin də hərəkətini diqqətdə saxlamalıdır.Biz dəfələrlə qatı dumanlı havada respublikamızın avtomobil yollarında zəncirvari qəzaların baş verməsinin şahidi olmuşuq. Bu qəzalar ağır olanda yoda tıxac yaranır, digər avtomobil sürücülərin həyatı üçün təhlükə yaranır. Ona görə də hər bir sürücü avtomobil yollarında hava şəraitin nəzərə almalı,ona uyğun sürət həddi seçməli və yol polisinin tövsiyələrinə əməl etməlidir!
Emil Faiqoğlu
Digər Xəbərlər
14 Noyabr 2025 17:37
Ukraynadakı səfirliyimizin əməkdaşları təxliyə ediləcək? - RƏSMİ
14 Noyabr 2025 17:29
Azərbaycanda işsizlərin sayı açıqlandı
14 Noyabr 2025 16:11
DİN və AQTA birgə əməliyyat keçirdi - 2 tona yaxın yararsız ət aşkarlandı - VİDEO
14 Noyabr 2025 14:17
Türk dövlətlərinin təhlükəsizlik orqanları Xankəndidə bir araya gəldi
14 Noyabr 2025 13:15
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Gəncədə keçirilib - FOTOLAR
14 Noyabr 2025 12:52
Xankəndidə mənzillər satışa çıxarılacaq
14 Noyabr 2025 12:19
“Fərdi təsərrüfatlarda yetişdirilən malların paytaxt bazarlarına çıxmaq şansı...”
14 Noyabr 2025 12:15


Bakı -°C

