“Biz bu gün mədəniyyətin yerini cəza ilə doldururuq...”
“Bir dəstə cəzalandırılır, işdən çıxarılır, həbs olunur, yerinə başqa bir dəstə gəlir. Məlum olur ki, yenə də köhnə hamam, köhnə tasdır. Yenilənən adlar və sifətlərdir. Yeni insan yenilənən mədəniyyətin övladıdır”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, mədəniyyətdə yenilik baş vermirsə insan öz-özünə yenilənə bilməz:
“Freyd yazırdı ki, hər bir cəza mahiyyətinə görə kastrasiyadır, ataya passiv bağlılıqdır. Kastrasiya insanı formalaşdıran keçmiş qorxu travmalarıdır. Bu fikirdəki "ata" bizim üçün mədəniyyətdir. O, bizi belə formalaşdırıb. Segah oxuyuruq: "İstəyirsən səhvim üstə döy məni, əllərinə qurban olum, ay ata!" Və bu segahı artıq atamız öləndən, bizi döymək imkanını itirəndən sonra oxuyuruq. Eyni segahı daha ucadan mədəniyyətimizə də oxuyuruq. Çünki onun bizi tənbeh etmək gücü və imkanı qalmayıb. Ehtimal olunan hüquqi cəzadan isə yayınmaq mümkündür. Ən pisi isə odur ki, insan da, cəmiyyət də cəzaya vərdiş edə bilir. Cəzaya vərdiş etmiş insanı və cəmiyyəti isə heç bir mədəniyyət dəyişə bilməz. Mədəniyyətin yerini cəza ilə doldurmağın sonu ya cəhalət olur, ya səfalət”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Noyabr 2025 23:43
Əliağa Vahidin 130 illiyi münasibətilə ədəbi-bədii tədbir
13 Noyabr 2025 15:27
Hər zaman uğurlar bizimlə olsun
13 Noyabr 2025 12:56
Dönür sözə, sözdə qalır… - Esmira İsmayılova yazır
13 Noyabr 2025 12:19
ELM VƏ TƏHSİL YOLUNDA QADIN GÜCÜ
12 Noyabr 2025 15:25
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
12 Noyabr 2025 12:02
Şahin oğlan! - Esmira İsmayılova yazır
11 Noyabr 2025 18:01
“Özüm üçün heç nə, cəmiyyət üçün hər şey!” - Rəşad Məcid yazır
11 Noyabr 2025 17:59


Bakı -°C

