Qaydaları pozan sürücülər...
Hər bir hər hərəkət iştirakçısı, o cümlədən sürücülər yol hərəkəti qaydalarına əməl etməlidir. Əlbəttə, qanuna əməl edənlər də var, əməl etməyənlər də! Heç şübhəsiz ki, qanunu pozan sürücülər inzibati məsuliyyətə cəlb olunurlar. Bakıda da bir qayda olaraq yol polisi hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər həyata keçirir.Əlbbətə , bu cür tədbirlərin görülməsi baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 5- ci tağımının əməkdaşları öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Belə ki, onlar xidmət apardıqları küçə və prospektlərdə kobud qayda pozuntularına qarşı birmənalı olaraq ciddi mübarizə aparır, sərxoş, avtoxuliqan, eləcə də işıqforun qırmızı işığında keçən, başqa hərəkət iştirakçılarının həyatına təhlükə yaradan sürücülərə qarşı qabaqlayıcı tədbirlər görürlər! Bu isə o deməkdir ki, 5- ci tağımın əməkdaşlarının gözündən heç bir şey yayınmır.
5- ci tağımın komandiri, polis mayoru Nurlan Əliyev çox peşəkar və bacarıqlı bir polis zabitidir. N. Əliyev deyir ki, əməkdaşlarımız sutkanın qaranlıq və gündüz saatlarında işləməsindən asılı olmayaraq tapşırılan işə məsuliyyətlə yanaşırlar! Dövlət tədbirlərindən tutmuş, digər məsələlərə qədər bütün bizi tapşırılan vəzifələr daim diqqət mərkəzində saxlanılır.Artiq dayanacaqların zəbt olunmasının qarşısı alınıb.
Dayanma, durma qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb edilir. Bir sözlə, xidmət apardığımız avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilə bütün qabaqlayıcı tədbirlər həyata keçiririk. Amma gərək sürücülər də , bizim tövsiyələrimizə əməl etsinlər. Belə olanda heç şübhəsiz ki, onlar inzibati məsuliyyətə cəlb edilməyəcəklər!
Emil Faiqoğlu
Digər Xəbərlər
12 Mart 2026 14:38
Bakıda “Ferrari” qaydaları belə pozdu - VİDEO
11 Mart 2026 11:16
Maşın yarıyolda qalırsa...
11 Mart 2026 08:50
Bakının 21 yolunda tıxac var - SİYAHI
10 Mart 2026 09:44
Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18


Bakı -°C

