“Pəncəlinin bu adı almasına Nəcməddin Sadıqov mane olurdu” - Şəhidin əmisi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı hərbçi Pəncəli Nurməmməd oğlu Teymurova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Adalet.az-a danışan şəhid Pəncəlinin əmisi Şirməmməd Fərəcov buna görə ölkə başçısına öz minnətdarlığını bildirib:
“Sizlərə təşəkkür edirəm, var olun. Siz bilirsiniz ki, 2016-cı ildən bunun üçün çox çalışdım. Mənim də, sizin də çox zəhmətimiz oldu. Yəni Pəncəlinin adını öz əqidə dostlarımla “Beşinci sinif Azərbaycan tarixi”, “Doqquzuncu sinif Zəfər tarixi” və “On birinci sinif Azərbaycan tarixi” kitablarına saldıq. Ürəyim mənə deyirdi ki, Azərbaycanda Rusiyanın agenti olan adamlar vəzifədən uzaqlaşdırlanda Pəncəli Milli Qəhrəman adını alacaq. Bu belə də oldu. Allah Prezidentimizə can sağlığı versin ki, o adamları vəzifədən uzaqlaşdırdı. Əsasən bu işə Müdafiə Nazirliyinin keçmiş qərargah rəisi Nəcməddin Sadıqov mane olurdu. Bu gün elə bir hiss keçirdim ki, sanki Pəncəlinin atası da, özü də indi sağdır. Pəncəli bu gün haqqını aldı. Qardaşım bu günü görmədi, amma indi ikisinin də ruhu şaddır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Oktyabr 2026 18:01
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
22 Oktyabr 2026 14:41
"İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktor təyin edildi
22 Oktyabr 2026 14:38
“Həzi Aslanov”dakı təmir yekunlaşdı
22 Oktyabr 2026 13:42
Xocalı və Ağdərəyə daha 44 ailə yola salınıb
22 Oktyabr 2026 12:31
Yağış yağacaq, şimşək çaxacaq
22 Oktyabr 2026 11:00
Ərdoğanın prezident İlham Əliyevə birbaşa zəngi hava haqqında məlumat deyil - Şərh
22 Oktyabr 2026 10:56
FHN təlim keçirdi - VİDEO
22 Oktyabr 2026 10:54


Bakı -°C

