“Bu son tapşırığı da yerinə yetiriblər və şəhid olublar”

“Şuşada cəmi 1 dəfə olmuşam. DTX - xətti ilə 30 -35 dəqiqəlik. 1992-ci il 8 mayda Şuşanın işğal günündə. Kimin harda şəhid olduğu yerləri təxmini göstərmək ücün. Onlar 4 nəfər idilər. 777 -saylı hərbi hissənin avtomobil bölüyündə xidmət edirdilər. Dördü də Suraxanı rayonundan idi. Rafael Əfqanıstanda xidmət etmşdi, evin tək oğlu və ailəli idi”.
Adalet.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Azay Kərimov deyib.
“Şuşada aşağı zaprafka ( İldırımın zapravkası) deyilən yerdə həmin gün BTR -70 texnikası ilə növbədə idilər. Ramiz Qənbərovun batalyonunun tərkibində idilər. Şuşanın girəcək yolunda heç vaxt mina olmayıb. Mən Şuşalı Əbili ilə ora ardıcıllıqla qayaların altına, partayıcı aminallar qoymuşduq ki, girişdə qayaları partlatsınlar. Bu son tapşırığı da yerinə yetiriblər və şəhid olublar. Rabitə kabeli hələ də orda durur, qayalar da partladılıb. Burda biri Şuşalı olmaqla Ramiz Qənbərovun batalyonundan 47 nəfər yoxdu. Tofit Oğuzdan özü də olmaqla 28 nəfər ( Boynuda) yoxdu. Yenə Suraxanıdan Elşad yoxdu, Əjdaha bulağında şəhid olmuş yeznə -qayın mayor Vahid, kapitan Ağası yoxdu. Heç bilmirəm nə deyim, amma Şuşada 4 nəfərimizin nəşi tapıldı və içimdə bir az rahatlıgım oldu. Allah bütün Şəhidlərimizə Rəhmət eləsin”,- deyə o bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Oktyabr 2025 17:32 Yeraltı dayanacaq 1 həftə bağlı olacaq
30 Oktyabr 2025 15:16 Prezidentdən DTX-nin saxladığı icra başçısı ilə bağlı SƏRƏNCAM
30 Oktyabr 2025 14:22 "Bəzi qədirbilməz məmurların xəyanət yoluna düşdüyü hallarla qarşılaşırıq" - Eldar Əzizov
30 Oktyabr 2025 13:52 

Bakı -°C 











