“Füzuli şəhərinə yüz mindən çox mina basdırılıb”
“Sabah Füzuli şəhəri günü qeyd olunacaq. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. 1827-ci ildə əsası qoyulmuş Füzuli Azərbaycan iqtisadiyyatında və xüsusi ilə kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi paya malik olan rayonlarımızdan olub”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, 1993-cü il Ermənistan işğalı nəticəsində rayon ərazisinin çox hissəsi tamamilə dağıdılmış və ciddi ziyan dəymişdir:
“Füzuli rayonunun böyük hissəsinin işğal edilməsi nəticəsində 83 min 544 dinc sakin didərgin salındı. İşğal nəticəsində Füzuli rayonuna 4 milyard manata yaxın ziyan dəymişdir. Bütövlükdə, dövlət mülkiyyətində olmuş 22 min 635 əmlak tamamilə məhv edilmişdir. 27 illik işğala məruz qalan Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb”.
V.Bayramov deyib ki, 2020-ci ilin oktyabrın 17-də işğaldan azad olunan Füzuli şəhəri Prezident İlham Əliyevin tapşırığına əsasən yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir:
“Füzuli şəhərində artıq 3500-dən çox keçmiş məcburi köçkün məskunlaşıb. Rayonun digər yaşayış məntəqələrinin bərpası istiqamətində işlər sürətlənib. Kifayət qədər böyük iqtisadi potensialı olan Füzuli rayonu Qarabağ iqtisadiyyatının formalaşmasına və re-inteqrasiyasına xüsusi töhvə verəcək. Bu Füzuli üçün yeni bir inkişaf səhifəsinin açılması deməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

