“Erməni radikallar Paşinyanın İlham Əliyevlə artan təmaslarından narahat olsalar da...”
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda görüşdükdən və sülh sazişini parafladıqdan sonrakı iki ay ərzində 4 dəfə görüşüb fikir mübadiləsi aparmaq imkanı qazanıblar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“İki ölkənin lideri Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlətlər Birliyi və Misirdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər və fürsətdən istifadə edərək fikir mübadiləsi aparıblar. İlin sonuna qədər iki liderin digər tədbirlərdə iştirakı da mümkündür və bu onlara fikir mübadiləsini davam etdirmək imkanı yaradacaq. Bu dialoq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması baxımından faydalıdır. Erməni radikallar Nikol Paşinyanın İlham Əliyevlə artan təmaslarından narahat olsalar da, buna qarşı arqumentləri yoxdur, çünki “bu görüşlər Ermənistanın maraqlarına ziddir” kimi məntiqsiz açıqlamaların onların işinə yaramayacağını anlayırlar”, - deyə politoloq bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı - FOTO
14 Sentyabr 2026 18:26
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
14 Sentyabr 2026 17:41


Bakı -°C

