Bu, bizim borcumuzdur...
Bir neçə gün bundan öncə xanımım Yeni Günəşlidəki " Stend " stomotoloji klinikaya gedib. Və orada gözəl stomatoloq Ceyhun həkimə dişlərin müalicə etdirib.Onu da qeyd edim ki, xanımım diz qabağından əməliyyat olunub, o biri dizində də cərrahiyyə əməliyyatı aparılmalıdir. Ona görə də, yeriməkdə çətinlik çəkir. Pilləkənləri qalxanda və enəndə mütləq kimsə ona kömək etməlidir.
Axsaya- axsaya klinikadan çıxanda , uşagını və xanımını həkimə gətirən polis zabiti onu görür və cəld tərpənib ona kömək edir, pilləkənləri düsürür. Deyir ki, ana , icazə ver , maşınla sizi evinizə aparım.Xanımım polis zabitinə təşəkkür edib, deyir ki, çox sağol, oğul, elə təklif edirsən, aparmış kimisən. Və bir də nəvəm burdadır, o aparacaq.Amma yenə polis zabiti ona evə aparmaq üçün dəfələrlə köməkliyini təklif edir.Xanımım bir daha bu diqqətə görə polis zabitinə minnətdarlıq edir.O da bildirir ki, ana, bu, bizim vəzifə borcumuzdur.
Elə bu vaxt vaxt nəvəmiz maşınla gəlir. Polis zabiti maşının qapısını açır, ona kömək edib, maşında əyləşdirir.Bax , xanımım bu, vətənpərvər və nəcib hərəkətinə görə, o, polis zabitinə öz təşəkkürünü bildirir.Deyir ki, o polislər bizim balalarımızdı. Onlar bizi qoruduğu və sevdiyi kimi, biz də onlara hörmətlə yanaşmalıyıq! Bir dəfə də yolda özünü pis hiss edən xanımıma Çevik Polis Alayının əməkdaşları kömək edib, onu xidməti avtomobillərinə mindirib , evimizə gətiriblər. Bax ona görə də, mənim həyat yoldaşım belə xeyirxah, vətənpərvər polis əməkdaşlarının xətrini çox istəyir. Deyir ki, Allah polislərimizi qorusun!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
15 Sentyabr 2026 10:39
Uşağınız dərsə həvəsli deyil? – Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ
15 Sentyabr 2026 10:38
Uşağınızı başqaları ilə müqayisə edirsiniz? – Psixoterapevtdən valideynlərə XƏBƏRDARLIQ
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02


Bakı -°C

