“Azərbaycan və Türkiyə hərbi müttəfiqliyə Mərkəzi Asiya ölkələrini cəlb etmək istəyirlər”
“Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən toplantısındakı çıxışlarında üzv dövlətlər arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılması zərurətini xüsusi vurğulayıblar. Prezident İlham Əliyevin çıxışında bu mövzuda “türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”, “təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”, “ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir”, “bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir” kimi cümlələr işlədib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, türk dövlətləri arasında iqtisadi əlaqələr və ticarət artsa da, hərbi və müdafiə sahəsində əməkdaşlıq istənilən səviyyədə deyil:
“Azərbaycan və Türkiyə hərbi müttəfiqliyə Mərkəzi Asiya ölkələrini cəlb etmək istəyirlər. Bu üzv dövlətlərin birgə hərbi təlimlərin artırılmasını və hərbi texnikanın birgə istehsalını ehtiva edir. Qazaxıstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsa da, Ukraynaya hücum qərarı verən Kremlin Qazaxıstan üçün də təhlükə mənbəyi olduğunu Astana anlamamış deyil. Bu səbəbdən Qazaxıstanın hərbi sahədə Azərbaycan və Türkiyə ilə əməkdaşlığı gücləndirməsi Astananın özü üçün vacibdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Noyabr 2025 16:02
Onlar haqqında danışanda Leyla xanım ağladı... - VİDEO
15 Noyabr 2025 12:44
Yol Polisi: Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəiflədir
15 Noyabr 2025 09:39
Azərbaycanda bu gündən istilik mövsümü başlayır
14 Noyabr 2025 18:46
Yollar dumanlı olanda ...
14 Noyabr 2025 17:37
Ukraynadakı səfirliyimizin əməkdaşları təxliyə ediləcək? - RƏSMİ
14 Noyabr 2025 17:29
Azərbaycanda işsizlərin sayı açıqlandı
14 Noyabr 2025 16:11
DİN və AQTA birgə əməliyyat keçirdi - 2 tona yaxın yararsız ət aşkarlandı - VİDEO
14 Noyabr 2025 14:17


Bakı -°C

