“Qərb Gürcüstanda Rusiyanın dəstəklədiyi hökuməti devirməyə çalışacaq”

“Gürcüstanda inqilab ssenarisi tətbiq olunub. Gürcüstanda Bələdiyyə seçkilərinin nəticələrinə etiraz olaraq müxalifət mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirir. Avropa İttifaqının bu etiraza dəstək verməsi istisna deyil. Qərblə Gürcüstan hökuməti arasında siyasi böhran hökm sürür. Avropa Rusiya yönümlü adlandırdığı Gürcü Arzusu hökumətinin devrilməsində maraqlıdır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bu seçkilərin nəticələrinə etiraz olaraq Qərb Gürcüstanda inqilab ssenarisini işə salıb:
“Etiraz aksiyaları prezident sarayını və parlamenti hədəfə alıb. Moldovada seçkilərin nəticələri Gürcüstan müxalifətini və Qərbi kifayət qədər hökumətin üstünə getməsinə rəvac verib. Etiraz aksiyaları anti-Rusiya şüari ilə keçirilməklə, birbaşa geosiyasi rəqabətin meydançasına çevrilib. Moldovada qələbə əldə edən Qərb Gürcüstanda inqilabla Rusiyanın dəstəklədiyi hökuməti devirməyə çalışacaq. Bu etiraz aksiyalarının iştirakçıları əvvəlki etirazlardan fərqli olaraq qəzəblidir. Görünən odur ki, Tiflis "döyüş meydanına" çevriləcək. İnqilabın baş tutması aksiya iştirakçılarının fəaliyyətindən və vahid liderin ortaya çıxması nəticəsində baş tutması mümkün ola bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Ərdoğan: Türkiyədə əhali sayının 88 milyonu ötəcəyi gözlənilir

"Zelenskini hərbi cinayətkar kimi mühakimə edəcəyəm" - Arestoviç

"İran ABŞ ilə danışıqları bərpa etmək fikrində deyil"
